Vladimir Qonçarov: "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək"

Vladimir Qonçarov: "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək"
12:12 13 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Rostex" və "Rosoboroneksport" dövlət müəssisələrinin birgə nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov "ArmHiTec-2016" sərgisində jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Yerevanda ilk "ArmHiTec-2016" silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb. Sərgi oktyabrın 15-dək davam edəcək.
Sərgidə Rusiya 16 şirkət ilə təmsil olunub. Onlar potensial müştərilərə müasir zirehli, raket-artilleriya silahları və texnikaları, "Uran" ailəsindən olan robototexniki komplekslər, hərbi aviasiya, atıcı silahlar və sursatlar nümayiş etdirəcəklər.

Xəbərin orijinal ünvanı: http://report.az/region/vladimir-qoncarov-rusiya-ermenistanla-herbi-texniki-emekdasligi-guclendirmeye-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR