Ana balalarını qoyub getdi - FOTO

Ana balalarını qoyub getdi - FOTO
12:17 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Təbiətin öz qanunları var və bəzən bu qanunlar bizə çox qəddar, sərt təsir bağışlayır.

Rusiyanın Sibir bölgəsində, Yenisey çayının sahillərində də belə qanunlarından birinə uyğun olaraq "ailə dramı" yaşanıb.

Milli.Az Siberian Times-a istinadən bildirir ki, ana ayı iki balasını atıb gedib.

İki balasının çayın sahilinə gətirən qonur ayı burada onlarla "vidalaşıb" və Yenisey çayına girib üzməyə, o biri sahilə yönəlməyə başlayıb.

Balalar böyürərək analarını çağırsalar da o, geri dönməyib.

Mərkəzi Sibir Milli Qoruğunda 250 qonur ayı yaşayır və bu qonur ana ayı da onlardan biri idi.

Ekspertlərin fikrincə, ana ayı balalarını bir də görməyəcək.

Ananın balalarını atıb getməsi "yetkinlik yaşına çatma" zamanı ilə bağlıdır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR