Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb

Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb

Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçılar yaxalandı (21 Mart 2017 18:13)
Psixotrop maddənin qanunsuz yayılmasının qarşısı alındı (17 Mart 2017 17:58)
DTX-da XÜSUSİ ƏMƏLİYYAT: külli miqdarda ekstasizi ələ keçirildi (17 Mart 2017 17:54)

Tarix: 13 Oktyabr 2016 12:22

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın fürsətdən istifadə edərək şalvarının cibindən çıxararaq yerə atdığı plastmas borucuğun içindəki bir ədəd bükümdə, xalis çəkisi 0,335 qram olan metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır. 

Teqlər:  Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb



RƏYLƏR


Top xəbərlər