Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
12:32 13 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 
“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 14-də axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 %təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-azerbaycanda-musahide-olunacaq-hava-proqnozu-aciqlanib12

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR