10 qadın Trampı təcavüzdə suçlayır - VİDEO - FOTO

10 qadın Trampı təcavüzdə suçlayır - VİDEO - FOTO
12:32 13 Oktyabr 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı daha 5 qadın seksual təcavüzdə suçlayır.

Milli.Az The New York Times-a istinadən bildirir ki, 74 yaşlı Cessika Lids Trampın "mən qadınlara sataşmamışam, yalandır" açıqlamasını eşidəndə çılğına dönüb.

"Tramp deyir ki, həqiqətən də, qadınlardan icazə almadan onları öpməsi ilə fəxr edib, amma heç zaman belə etməyib. Ağ yalandır! 30 il əvvəl Trampla eyni təyyarədə idim. Təyyarə səmaya qalxandan 45 dəqiqnə sonra Tramp mənə sataşmağa başladı. Əvvəlcə sinəmə toxundu, sonra əlini yubkamın altına salmağa başladı. O, sanki bir oktapoddu - əlləri sanki hər yerdə idi", - Cessika Lids söyləyib.

Trampın ikinci qurbanı olduğunu iddia edən 33 yaşlı Reyçel Kruksun dediyinə görə, 2005-ci ildə "Trump Tower"də işləyirdi: "22 yaşım vardı onda. Günlərin birində liftin qarşısında Trampla qarşılaşdım. Şirkət bu adama məxsus binada olduğundan ona tərəf döndüm və özümü təqdim etdim. Sırf nəzakət xətrinə... Lakin Tramp əlimi buraxmadı, yanaqlarımdan, sonra da dodaqlarımdan öpdü. Şoka düşmüşdüm. Tramp məni elə kiçik, cılız insan saymışdı ki, belə əxlaqsızlığı rahatlıqla edəcəyini düşünürdü".

Donald Trampın seçki qərargahı isə The New York Times-da dərc olunmuş məqaləni uydurma və böhtan adlandırıb: "Bu məqalə başdan-ayağa yalandır. Cənab Trampı ləkələməyə çalışanların sifarişi ilə belə böhtanlar dərc etmək The New York Times üçün təhlükəli ola bilər. Cənab Trampı ləkələmək üçün onillərlə əvvələ qayıtmaq cəhdləri əsl seçkilərin nəticələrini indidən bəlirləmək üçün kütləvi informasiya vasitələrinin nə qədər çirkin işlərə əl atacağını göstərir. Cənab Trampın belə davranması absurddur. Qəzet Demokrat Partiyadan olan namizəd Hillari Klintonu dəstəkləmək, ictimaiyyətin fikrini bu qadınla bağlı qalmaqallardan yayındırmaq istəyir".

Bu günsə Trampı seksual təcavüzlərdə suçlamış Cessika Lids və Reyçel Kruksla bahəm Cill Hart, Templ Taqqart, Bricit Sallivan, Taşa Dikson, Mindi MakCillvari, Nataşa Stoynoff, Erin Barnett və Kassandra Sirls də D.Trampın təcavüzlərinə məruz qaldıqlarını deyiblər.

Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR