Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

Date: 13 October 2016 12:35

"Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olundu. Belə ki, bu gündən etibarən "Yapı Kredi Bank" kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara "Elektron hökumət" portalı üzərindən daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.
 

Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zərurətinin aradan qaldırılmasıdır.
 

Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən artıq bank və kredit təşkilatları tətbiq edir.
 

Hazırda "Elektron hökumət" portalı tərəfindən 13 arayış vətəndaşlara təqdim olunur.




Tags:  bank Elektron hökumət portalına qoşuldu



RƏYLƏR


Top news