Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Müğənnilər nankordular" - Təranə

"Müğənnilər nankordular" -  Təranə

Date: 13 October 2016 12:36

“Tək gəlirim prodüserlikdən deyil. Həm aparıcı, həm aktrisa kimi çalışıram. Toy olmasa da, mənim ayda aldığım maaşım var”.

Bu sözləri Axşam.az-a açıqlamasında prodüser Təranə Səmədova deyib.

O, son günlər prodüserlərin sayının artmasından şikayətlənib:

“Müğənnilər o qədər nankordular ki, prodüserlərin əməyini yerdə qoyurlar. Artıq bu mənə təsir etmir, müğənnidən dostluq güdmürəm. Günü-gündən özünə prodüser deyənlərin sayı artıb. Hər zaman vicdanım təmiz olub. Ona görə də adım prodüserlər sırasında ön sıradadır. Hansısa müğənni prodüserindən ayrılanda narazıçılıq edirsə, ona gülməyim gəlir. Pisi görməsələr, yaxşının qədrini bilməzlər. Müğənni camaata prodüser kimi tanıtdığı birinin ona kələk gəldiyini görməsə, mən, Tolik, Yalçın Cabbarov kimilərinin qədrini bilməz".


Tags:  Müğənnilər nankordular Təranə

RƏYLƏR


Top news