Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda 48 yaşlı kişi tələbə qızı qaçırıb (19 Mart 2017 16:53)
Bakıda universitetə dərsə gedən qızı qaçırdılar (19 Mart 2017 16:29)
15 yaşlı qızını qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA (16 Mart 2017 14:22)

Tarix: 13 Oktyabr 2016 12:37

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqdirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi 2016-ci ilin yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbələri endirərək onu qətlə yetirilib. Hadisə yerindən qaçan C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Əvvəllərdə məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib.

Teqlər:  Bakıda 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb



RƏYLƏR


Top xəbərlər