Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tərtər sakininin üzərindən avtomat aşkarlanıb

Tərtər sakininin üzərindən avtomat aşkarlanıb

Date: 13 October 2016 12:37

Bakı. 13 oktyabr. REPORT.AZ/ Tərtər rayon sakininin üzərindən avtomat və onun patron və darağı aşkarlanıb.
"Report" məlumatına görə, Tərtər rayon sakini 1973-cü il təvəllüdlü Şikar Baxşalı Oğlu Məmmədov Bərdə rayonu ərazisində silah-sursat satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 1 ədəd "AK" markalı avtomat , 2 ədə patron darağı, 42 ədəd patron aşkar edilib.
Araşdırmalar zamanı Ş.Məmmədova həmin silahı və döyüş sursatını Laçın rayon sakini 1983cü il təvəllüdlü Tacir Telman oğlu İsgəndərovun satdığı məlum olub. Faktla bağlı T.İsgəndərov saxlanılıb. 
 Araşdırmalar aparılır.

Tags:  Tərtər sakininin üzərindən avtomat aşkarlanıb

RƏYLƏR


Top news