Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvili fövqəladə vəziyyəti elan etdi

Saakaşvili fövqəladə vəziyyəti elan etdi

Date: 13 October 2016 12:38

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili güclü qasırğa ilə əlaqədar vilayətdə fövqəladə vəziyyət elan edib.

Publika.az xəbər verir ki, o, bu haqda “Facebook”dakı səhifəsində yazıb.

“Ağaclar və elektrik dirəklərinin yıxılması nəticəsində üç nəfər, həmçinin 11 yaşlı uşaq həlak olub. 100-dən artıq yaşayış məntəqəsində elektrik yoxdur. Vilayət administrasiyası yanında fövqəladə vəziyyət üzrə qərargah işləyir”, - Saakaşvili bildirib.

O, həmçinin külək sakitləşənə kimi vətəndaşları evdən çıxmamağa çağırıb.

Ömər Dağlı


Tags:  Saakaşvili fövqəladə vəziyyəti elan etdi

RƏYLƏR


Top news