Mənzili necə tikinti şirkətindən almaq lazımdır?

Mənzili necə tikinti şirkətindən almaq lazımdır?
12:42 13 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Təsəvvür edin, yeni aldığınız mənzili təmir etmək üçün gedirsiniz və görürsünüz ki, mənzilinizdə başqa şəxs var. O da evi təmir etdirir. Bakıda yüzlərlə ailə belə hal ilə qarşılaşıb. Vətəndaş min bir zülümlə pul toplayıb mənzil alır, lakin yeni evinə köçə bilmir."Pulu yeyib üstündən su da içən" tikinti şirkətlərinin dələduz vəzifəli şəxsləri tutulsa da, bir çox hallarda mənzil sahibləri ödədikləri pulları geri ala bilmirlər. Hətta bu fırıldaqçılıq nəticəsində bir çox alıcılar müxtəlif xəstəliklər tapırlar. Qısası, həm pul, həm də can gedir.

Məsələn, mətbuatda gedən məlumata görə, Yasamal rayonunda 400-dən çox mənzilin olduğu binadakı evlər 1320 nəfərə satılıb. Hətta həmin binada 1 mənzil 11 nəfərə satılmışdır.

Alıcılar təkcə bir mənzilin bir neçə nəfərə satılması nəticəsində zərər çəkmirlər. Digər bir problem binanın söz verilən vaxtda təhvil verilməməsidir. Mənzilin dəyərinin müəyyən hissəsini ödəyən alıcı illər keçsə də bina tikilib yekunlaşmadığından mənzilinə köçə bilmir. Maliyyə çatışmazlığı, vergilərin ödənməməsi, işlərin inşaat normalarına uyğun aparılmaması və s. səbəblərə görə tikinti dayandırılır.

Başqa bir problem mənzil sahibinin uzun illərdir evində yaşamasına baxmayaraq "kupça" ala bilməməsidir. Binaların vaxtında normalara uyğunsuz və sənədsiz tikilməsi ücbatından sakinlər çıxarış ala bilmirlər.

ETİBARLI ŞİRKƏTLƏR DƏ VAR

Son illər bir neçə etibarlı tikinti şirkətinin aktivləşməsi insanların mənzil alması qorxusunu azaldır. Məsələn, sakinləri rahat "kupça" alan tikinti şirkətlərindən biri "Kristal Abşeron MTK"dır. "Kristal Abşeron MTK"nın Xırdalan şəhərində tikdiyi binalarda bu günə kimi 2000-ə qədər sakin öz mənzilləri üçün çıxarış alıb. Bu yaxınlarda Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi "Kütləvi çıxarış" kampaniyası çərçivəsində şirkətin Xırdalanda tikdiyi binaların daha bir neçə yüz sakini "kupça" əldə edib.

MƏNZİL ALARKƏN BUNLARA DİQQƏT YETİRİN

Mütəxəssislər tövsiyə edirlər ki, mənzil alarkən yaşayış kompleksini tikən şirkətin tarixinə nəzər salmaq lazımdır. Əgər şirkət əvvəllər mənzil tikintisi üzrə uğurlu layihələr həyata keçirmişdirsə, bu həmin şirkətin sizin maraqlandığınız layihəsinin də uğurlu olacağına işarədir.

İkincisi, iri bankların mənzil alacağınız tikinti şirkətinin tərəfdaşı olub-olmadığına baxın. Məsələn, dövlətin ən iri bankı bir sıra tikinti şirkətinin mənzil tikintisi layihələrini maliyyələşdirir, mənzillər 20 illik ipoteka ilə alıcılara təklif olunur. İri banklar güclü və qanunauyğun işləyən şirkətlər ilə əməkdaşlıq etdiyindən, bu amilə mütləq diqqət yetirin. Məsələn, "Kristal Abşeron" şirkəti Azərbaycan Beynəlxalq Bankının dəstəyilə mənzilləri ilkin ödənişsiz və 20 il müddətinə ipoteka ilə təklif edir. Bank ipotekaya satılan mənzili girov saxladığı üçün binanın vaxtında tikilməsini və sakinlərə çıxarışın verilməsini nəzarətdə saxlayır.

Son günlər sosial media və TV-lərdə yayımlanan reklamdakı Elməddin Cəfərov kimi MTK rəhbərlərinin böyük zəhmət hesabına qazandığınız pulunuzu mənimsəməməsi üçün ehtiyatlı olun!


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR