Bakıda iki nəfərə qarşı quldurluq edilib

Bakıda iki nəfərə qarşı quldurluq edilib
13:02 13 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda iki nəfərə qarşı quldurluq edilib.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu 28 May küçəsində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 2 nəfər, işdən evə qayıdan Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rail Yusif oğlu Abdullayevi və Qazax rayon sakini 1964-cü il təvəllüdlü Vəkil Atakişi oğlu Dönməzovu döyüb. Bundan sonra V.Dönməzovun üzərində olan 550 manat pul aparılıb. 
 Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-iki-nefere-qarsi-quldurluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR