Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AŞPA-nın bir neçə komitəsinin iclası Azərbaycanda keçiriləcək

AŞPA-nın bir neçə komitəsinin iclası Azərbaycanda keçiriləcək

Date: 13 October 2016 13:04

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəriSəməd Seyidov qurumun sədri Pedro Aqramuntla görüşüb.

 

APA-nın Avropa müxbirinin məlumatına görə, Səməd Seyidovgörüşdən sonra bildirib ki, gələcəkdə AŞPA-nın bir neçə komitəsinin iclasının Azərbaycanda keçirilməsi barədə görüşdə razılıq əldə olunub.

 

“Bu gün AŞPA sədri cənab Pedro Aqramuntla çox səmərəli görüş keçirdik. Görüşdə sessiya ərzində baş vermiş bütün proseslər, çıxışlar, görüşləri müzakirə olundu. Bildiyiniz kimi, bu sessiyada Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan üzrə hakim seçildi, həm AŞPA rəhbərliyi, həm komitələr tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir neçə bəyanat verildi. Qərara gəldik ki, AŞPA-ilə sız əməkdaşlıq edərək gələcəkdə Azərbaycanda AŞPA bir neçə komitəsinin iclaslarını təşkil edək. Bu istiqamətdə əməkdaşlıq, doğurdan da, yeni mərhələyə qalxır və bununla əlaqədar Azərbaycan nümayəndə heyəti lazım olan bütün işləri görür. Ümumiyyətlə bu sessiyanı çox uğurlu hesab edirəm”, - deyə S. Seyidov bildirib.

 

Görüşdə Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov da iştirak edib.


Tags:  AŞPA-nın neçə komitəsinin iclası Azərbaycanda keçiriləcək


RƏYLƏR


Top news