Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üzərində avtomat gəzdirən Tərtər sakini tutuldu

Üzərində avtomat gəzdirən Tərtər sakini tutuldu

Date: 13 October 2016 13:05

Tərtər rayon sakininin üzərindən avtomat və onun patron və darağı aşkarlanıb.

Milli.Az report-a istinadən bildirir ki, Tərtər rayon sakini 1973-cü il təvəllüdlü Şikar Baxşalı Oğlu Məmmədov Bərdə rayonu ərazisində silah-sursat satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 1 ədəd "AK" markalı avtomat, 2 ədəd patron darağı, 42 ədəd patron aşkar edilib.
Araşdırmalar zamanı Ş.Məmmədova həmin silahı və döyüş sursatını Laçın rayon sakini, 1983-cü il təvəllüdlü Tacir Telman oğlu İsgəndərovun satdığı məlum olub. Faktla bağlı T.İsgəndərov saxlanılıb. 
 Araşdırmalar aparılır.

Milli.Az


Tags:  Üzərində avtomat gəzdirən Tərtər sakini tutuldu

RƏYLƏR


Top news