"Qardaşımın vəziyyəti ağırdır, ümidimizi Allaha bağlamışıq"

"Qardaşımın vəziyyəti ağırdır, ümidimizi Allaha bağlamışıq"
13:05 13 Oktyabr 2016
162 Şou
Ölkə mətbuatı
A- A+

"Hələ belə çətin vəziyyətə düşməmişdik. Qardaşımı belə görmək ürəyimi parçalayır. Allahdan möcüzə gözləyirik".

Bu fikirləri xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova primetime.az-a açıqlamasında deyib. Xalq artisti Eldəniz Zeynalovun oğlu, Məmməd Zeynalovun vəziyyəti ağır olaraq qalır. 4 gündür beyninə qan sızan Məmməd Zeynalov 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Gülbəniz Zeynalova qardaşının vəziyyətinin ağır olaraq qaldığını deyib:

"Qardaşım insult keçirib. Birtərəfi iflic olub. Danışa bilmir. Onu belə görmək məni məhv edir. Həkimlər səbirli olmağı məsləhət görürlər. Qardaşımın son durumu 21 gündən sonra məlum olacaq. Allaha yalvarıram ki, heç olmasa danışa bilsin. Yoxsa dərd onu məhv edəcək. Məmmədin bəxti əvvəldən gətirmir. Haraya əlini atırsa, boşluğa düşür. 10 il Akademik Milli Dram Teatrında işləmək üçün "əlləşib-vuruşdu". Hər dəfə söz verdilər ki, kömək edəcəklər, amma sözünü tutan olmadı. Bu yaxınlarda İrəvan Teatında işə düzəldi. Maaşı az olsa da, teatrda çalışmağı, atamızın yolunu davam etdirməyi çox istəyirdi. Təəssüf ki, belə oldu. Kaş ki, sağalsın və ayaqüstə dayana bilsin, danışa bilsin".

Qeyd edək ki, Məmməd Zeynalov yüksək qan təzyiqindən və böyrəklərində yaranan problemdən əziyyət çəkir. Qan təzyiqi qəfil yüksələn aktyor insult keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/478958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR