82 yaşlı qadını yerlə "sürüyən" müəllimə ilə bağlı YENİ XƏBƏR - RƏSMİ

82 yaşlı qadını yerlə "sürüyən" müəllimə ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
13:08 13 Oktyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Şöbədən Publika.az-a verilən məlumatda bildirilib ki, yayılan xəbərlə bağlı araşdırma aparılıb: “Bu məlumatla əlaqədar olaraq şöbə əməkdaşları məktəbdə olub və məsələ araşdırılıb. Məlum olub ki, Dusiya Məmmədova həmin kənddə yox rayon mərkəzində yaşayır. Lakin o qonşusunu döyməyib. Sadəcə həmin qonşularla aralarında problem olub və onlar da məqsədli şəkildə belə bir xəbər yayıblar. Lakin qarşı tərəf əksini iddia edirsə, prokurorluğa müraciət edə bilər”.

Çaylı kənd 1 saylı məktəbdən əvvəlcə bu məsələnin məktəbə heç bir aidiyyəti olmadığını dedilər: “Dusiya Məmmədova bizim məktəbdə işləyir, lakin onun qonşusu ilə münasibətinin məktəbə heç bir aidiyyəti yoxdur”.

Məktəbdən də yayılan məlumat əsasında araşdırma aparıldığı bildirildi: “Təhsil şöbəsinin əməkdaşları məktəbimizdə olub. Biz də məktəb daxilində iclas keçirmişik. Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə olub. Amma qeyd edildiyi kimi döyülmə, ya da digər yazılanlar olmayıb. Müəllimin 64 yaşı var, uşaq deyil ki, belə hərəkət etsin. O, çox yüksək səviyyəli qadındır və heç zaman elə bir addım atmaz. Dusiya Məmmədovanın özü ilə də söhbət etdik. O, da belə xəbərlərə görə çox pis olub. Onun sözlərinə görə, əksinə sadəcə mübahisə zamanı özünü müdafiə edib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR