Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Silsilə cinayət törədən dəstə üzvlərinə 30 İL HƏBS TƏLƏBİ

Silsilə cinayət törədən dəstə üzvlərinə 30 İL HƏBS TƏLƏBİ

Date: 13 October 2016 13:09

Quldurluqda, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvləri - Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz prokurora verilib. Dövlət ittihamçısı çıxışında Hikmət İsgəndərovun 10 il, Qafar Bağırbəyovun 12 il, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun isə hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə vəkillər müdafiə çıxışı edib. Məhkəmə oktyabrın 20-də davam edəcək.

 

Qeyd edək ki, hadisə bu il Yasamalda baş verib. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dəstə üzvləri Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf  və İbadulla Əlimuxtarov qardaşları saxlanılıblar. İlkin ifadələrində dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı Hikmət İsgəndərov Mahmud Bədəlov hədələməklə soyğunçuluq edib. Dəstə üzvləri dindirilmə zamanı Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Bundan başqa onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq edərək götürüblər. Hikmət İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.


Tags:  Silsilə cinayət törədən dəstə üzvlərinə 30 İL HƏBS TƏLƏBİ


RƏYLƏR


Top news