"Poyraz Karayel" dünən yeni mövsümə start verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarında Burçin Terzioğlu və İlker Kaleli çəkilən ekran işinin yeni seriyasının son səhnələri ekrana damğasını vurub.
"Poyraz" obrazı keçən mövsüm öldükdən sonra onun layihəyə qayıtması sual altında idi. Yeni həyat quran "Ayşegül" nikah masasına oturur, lakin sonra "Poyraz"ı qarşısında görərək şok yaşayır.
Serial Tvitterin dünya trendində ən çox müzakirə edilənlər siyahısına girib.