Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cəlilabad rayonunun Hamarqışlaq kəndinə təbii qazın verilişi bərpa edilib.
“Report” SOCAR-a istinadəb xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 184 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13 843 metr uzunluğunda müxtəlif diametrli pilietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Eyni zamanda qeyd olunub ki, hazırda rayonun daha 3 kəndində - Gülməmmədli, Xəlilabad və Kövüzbulaq kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.