Norveç Futbol Federasiyası Azərbaycanla məğlubiyyətə görə iclas çağırıb

Norveç Futbol Federasiyası Azərbaycanla məğlubiyyətə görə iclas çağırıb
13:32 13 Oktyabr 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Yaxın vaxtlarda Norveç Futbol Federasiyasının (NFF) İcraiyyə Komitəsi ölkə yığmasının çıxışına qiymət verəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə NFF-in prezidenti Terye Svendsen qurumun rəsmi saytına açıqlama verib. O bildirib ki, hələ 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Azərbaycan yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra belə bir qərar qəbul edilib. Sadəcə, San-Marino ilə 11 oktyabr matçını da gözləmək lazım gəlib. "Cırtdan ölkə" üzərində 4:1 hesablı qələbə də federasiyanı niyyətindən döndərməyib.
T.Svendsenin fikrincə, İcraiyyə Komitəsi yığmanın nəticələrinin NFF-in ambisiyaları ilə uzlaşmaması səbəbindən bir araya gəlir: "Çexiya ilə növbəti oyunumuzadək bir neçə həftə vaxt qalıb. Ona görə də hazırkı vəziyyəti qiymətləndirməliyik. Daha geniş və hərtərəfli qiyməti çexlərlə qarşılaşmadan sonra verəcəyik. İcraiyyə Komitəsi başa düşür ki, mətbuat və futbolsevərlər narahatdırlar. Bununla belə, biz tənzimlənmiş qiymətləndirmə prosesi aparırıq".

Qeyd edək ki, Norveç millisi C qrupunda 3 oyundan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.      

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR