Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Kurtlar Vadisi Pusu"nun gizli şifrələri açılır - video

"Kurtlar Vadisi Pusu"nun gizli şifrələri açılır - video

"Kurtlar Vadisi"nin aktrisası hicaba keçdi - FOTO (13 Mart 2017 10:37)
“Kurtlar Vadisi Pusu” ilə bağlı xəbərlər yalan çıxdı (06 Mart 2017 16:28)
“Kurtlar Vadisi” ilə bağlı BƏD XƏBƏR (06 Mart 2017 10:38)

Tarix: 13 Oktyabr 2016 13:36

"Kurtlar Vadisi Pusu" ilə bağlı daha bir inanılmaz iddia səsləndirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Söylemezsem olmaz" proqramında daha əvvəl məzarın üstünə "Erdoğan" yazısının bilərəkdən yazıldığı iddia edilmiş, "Pana Film" isə bunu təkzib etmiş, verilişi məhkəməyə verəcəyini bildirmişdi.

Proqramın aparıcılarından olan müğənni Nihat Doğan bu dəfə digər maraqlı məqamı açıqlayıb. Belə ki, serialın əvvəlki seriyalarının birində fenomen mənfi obraz "İskender Büyük" "RTE 321" nömrəli avtomobildən düşür.

N.Doğan "Bu qədər pis, qatil bir adam avtomobildən düşür və təsadüfə bax ki, nömrəsində prezident Rəcəb Tayyip Erdoğanın adının baş hərfləri yazılıb. Bu da təsadüfdür? Milləti 13 ildir bu təsadüflərlə aldatdınız" deyib.

Qeyd edək ki, dünən serialın bir daha ekranlara çıxmayacağı barədə xəbərlər yayılıb. "Pana Film" məzar səhnəsi ilə bağlı rəsmi açıqlama versə də, digər iddiaları cavablandırmayıb.




Teqlər:  Kurtlar Vadisi Pusunun gizli şifrələri açılır video



RƏYLƏR


Top xəbərlər