Reynaldo və Zenyov Totti ilə bir arada

Reynaldo və Zenyov Totti ilə bir arada
13:42 13 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında çıxış edən klubların qitə miqyaslı kuboklardakı ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA qrup mərhələsində mübarizə aparan 48 klubun tarixində ən çox avrokubok qolu vuranların cədvəlini tərtib edib.

Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də bombardirləri yazıda öz əksini tapıb. Ağdam klubunda 10 dəfə fərqlənən Reynaldo, Qəbələnin eyniadlı klubu üçün 6 qol vuran Sergey Zenyov siyahıda yer almaqla yanaşı, hazırda bu komandada oynadığı üçün xüsusi qeyd olunub. Reynaldo kimi, "Nitsa"da da ən yaxşı bombardir 10 qola sevinib. "Qəbələ"nin bombardiri isə "Dandalk", "Sauthempton" və "Zarya"nın qol silahı qədər fərqlənib.
 
48 klubun bəzilərində bombardir adına bir neçə şəriki var. "Konyaspor" isə qitə kuboklarında hələ də qola həsrət olduğundan bombardiri də yoxdur.
 
Siyahıda ən yüksək göstərici iki ulduza - Françesko Totti və Ruud van Nistelroya məxsusdur. Sonuncudan fərqli, Totti hesabını daha da artırmaq imkanına da malikdir. Onlar öz klublarında 38 dəfə qol vurublar. Onlarla bir arada Yari Litmanen, Alesandro Altobelli, Marius Leketuş kimi bir sıra məşhur simalar da yer alıblar.
 
Təmsilçilərimizin qrupdakı rəqiblərindən yalnız birinin bombardiri indi də klubunda çıxış edir. Belə ki, PAOK-da 20 avrokubok qolu vuran Stefanos Atanasiadis bu rəqəmi artırmaq imkanına malikdir.
 
Avropa Liqasında çıxış edən klubların bombardirləri
"Mançester Yunayted": Ruud van Nistelroy (38)
"Roma": Françesco Totti* (38)
"İnter": Alesandro Altobelli (34)
"Anderlext": Rob Resenbrink (33)
"Şaktyor": Luis Adiano (32)
"Şalke": Klaas-Yan Huntelaar* (30)
"Ayaks": Yari Litmanen (26)
"Rapid": Stefen Hofmann* (25)
"Zalsburq": Conatan Soriano* (25)
"Panatinaikos": Krjiştof Varjixa (25)
"Zenit": Aleksandr Kerjakov (24)
"Sparta": David Lafata* (22)
"Standard": Rocer Klaessen (22)
"Vilyarreal": Cüzeppe Rossi (21)
PAOK: Stefanos Atanasiadis* (20)
"Feyenoord": Leks Şoenmaker (19)
"Genk": Yelle Vossen (18)
"Alkmaar": Kis Kist (18)
"Selta": Benni Makkarti (17)
"Styaua": Marius Leketuş (17)
"Austriya": Toni Polster (16)
"Atletik": Aritz Aduriz*, Fernando Lorente (hər ikisi 16)
"Makkabi": Eran Zahavi (15)
"Olimpiakos": Predraq Corceviç, Kostas Mitroglu (15)
"Fənərbaxçaa": Aleks (15)
"Viktoriya": Marek Bakoş*, Daniel Kolár (14)
"Slovan": Yan Nejmar (12)
"Sent-Etyen": Conni Rep (12)
"Fiorentina": Qabriel Batistuta, Kurt Hamrin, Adrian Mutu (hamısı 11)
"Braqa": Alan* (11)
"Sürix": Şon Bartlett (11)
"Qarabağ": Reynaldo* (10)
"Nitsa": Jak Fua (10)
APOEL: Aylton, Andreas Sotiriou (hər ikisi 9)
"Krasnodar": Ari*, Joazinyo* (hər ikisi 9)
"Astra": Konstantin Budesku* (7)
"Gent": Kalifa Kulibali* (7)
"Yanq Boyz": Raul Bobadilla, Eugen Meyer, Ernst Veşelberger (hamısı 7)
"Qəbələ": Sergey Zenyov* (6)
"Dandalk": David Makmillan* (6)
"Zarya": Ruslan Malinovski (6)
"Sauthempton": Mayk Şennon (6)
"Astana": Baurjan Jolçiyev, Patrik Tvumasi* (hər ikisi 5)
"Sassuolo": Domeniko Berardi* (5)
"Osmanlıspor": Arninu Umar* (4)
"Mayns": Bencamin Auer (3)
"Hapoel": Yossi Benayun, Maor Buzalyo*, Sehey Qusev, Ovidiu Hoban*, Con Oqu* (hamısı 2)
"Konyaspor": avrokuboklarda qol vurmayıb
 
Qeyd: hazırda bu klubda çıxış edənlər "*" işarəsi ilə qeyd olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR