Xəzər TV-də yayımlanan “Oyan Azərbaycan” verilişinin aparıcısı Fira iki azərbaycanlı məşhuru evləndirmək istəyib.
Publika.az xəbər verir ki, verilişin qonaqları rəqqasə Oksana Rəsulova ilə gənc müğənni Rauf Əhmədov olub. Verilişin aparıcısı Fira Rauf və Oksanaya maraqlı təklif edib. O, “Bəlkə evlənəsiniz?” deyə onlara müraciət edib. "Bir daha ailə həyatı qurmayacağını", - deyən Oksana gözlənilməz suala “Rauf mənim kiçik qardaşımdır, mən onun toyunu görməyi arzulayıram”, – deyə cavab verib.
Fira həm qonaqlarını, həm də tamaşaçıları növbəti dəfə təəccübləndirərək “Bircə evli olmasaydım, özüm Rauf haqda düşünərdim”, – deyib.
Tabloid.az