Musiqili Teatrın həftəsonu repertuarı - FOTO

Musiqili Teatrın həftəsonu repertuarı - FOTO
13:52 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, söhbət 14, 15, 16 oktyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Fransızsayağı qarnir" (M. Kamoletti), "Baladadaşın toy hamamı" (Elçin, F. Allahverdi), "Yağış göbələyinin macərası" (R. Şəfəq, V. Zimin), "999-cu gecə" (F. Əmirovun musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında) və A. Sadıqovun səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar" (Ş. Perro) tamaşalarından gedir. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları - Azəırbaycan Respublikasının xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Svetlana Bulax, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Zarina Qurbanova, Nahid İsgəndərzadə, Firuz Məmmədov, teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 14 oktyabr tarixində saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir" əsəri böyüklər, 15 oktyabr tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin "Yağış göbələyinin macərası" tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin A. Sadıqovun səhnələşdirdiyi Ş. Perronun "Yatmış gözəl və cırtdanlar" əsəri 16 oktyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə edə bilərlər.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/478964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR