15 oktyabrda Naxçıvanda nə baş verəcək?

15 oktyabrda Naxçıvanda nə baş verəcək?
13:53 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək

Oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək. Bu məlumatı Naxçıvanın "Şərq qapısı" qəzeti yayıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən "Şərq qapısı" qəzetinə bildiriblər ki, festivala muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, bəramum və digər məhsullar çıxaracaq. Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yoxlanılacaq və ilk üç yerə layiq görülən arıçılara qiymətli hədiyyələr veriləcək.

Məlumat üçün bildirək ki, muxtar respublikada təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, arıçılığa maraq daha da artıb. Arıçılığın inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılıb, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilib. Təkcə ötən il muxtar respublikada 70 min 396 baş arı ailəsi mövcud olub, 1396 ton bal istehsal edilib. Bu da 1995-ci ildəki müvafiq göstəricini 14,5 dəfə üstələyir.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi indi muxtar respublikada keçirilən müxtəlif festivalların, mədəni tədbirlərin dəyişməz ünvanına çevrilib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Sentyabrın 30-da burada “Plov” və “Yallı” festivalları keçirilib. “Arıçılıq məhsulları – bal” festivalı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən növbəti mədəni-kütləvi tədbir olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/172011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR