Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Pakistanın baş naziri Azərbaycana gəlib

Pakistanın baş naziri Azərbaycana gəlib

Date: 13 October 2016 14:08

Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, səfər zamanı Nəvaz Şərifi baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi müşayiət edir.

Pakistan baş nazirinin üçgünlük səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi gözlənilir.

Görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət münasibətlərinin və investisiyaların inkişafı, eləcə də regional və beynəlxalq məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Səfər çərçivəsində birgə bəyannamənin imzalanacağı gözlənilir.


Tags:  Pakistanın baş naziri Azərbaycana gəlib

RƏYLƏR


Top news