Ailə cinayətlərində təkcə kişilər günahkar deyil

Ailə cinayətlərində təkcə kişilər günahkar deyil
14:12 13 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər (24 May 2017 23:42)
Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər – STATİSTİKA (24 May 2017 10:43)
Azərbaycanda 51 nəfər məişət zorakılığından ölüb (17 Fevral 2017 17:19)

Ailədaxili cinayətlərin budəfəki qurbanı gənc ana olub. Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb.

Milli.Az sherg.az-a istinadən bildirir ki, Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova ikinci dəfə ailə qurub. Birinci ailəsi dağılan qadın əmisi oğluna ərə gedib. Bu nikahdan iki aylıq körpələri var. Lakin Lalə Muxtarova ikinci əri ilə də yola getməyib və boşanmaq qərarına gəlib. Gənc qadın artıq məhkəməyə də müraciət edib. Sadiq Muxtarov ötən axşam əmisigilə gedib və həyat yoldaşını boşanmaq niyyətindən daşındırmağa çalışıb. Tərəflər arasında mübahisə yaranıb və qanlı sonluqla bitib. Sadiq Muxtarov arvadını öldürdükdən sonra bıçaqla özünə də xəsarət yetirib. Yaralı Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 26 yaşlı kişiyə tibbi yardım göstərilib, daha sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qadın hüquqlarını müdafiə edən təşkilatlar və psixoloqlar hesab edirlər ki, ailədə zorakılığa məruz qalan qadınlar bu məsələni cəmiyyətdən gizlətməməlidirlər. Zaman-zaman bu barədə mətbuata açıqlama verən ekspertlərin fikrincə, bununla bağlı aidiyyəti qurumlara vaxtında müraciət olunması faciəvi hadisələrin qarşısını ala bilər. Amma fərqli düşünənələr də var.

Jurnalist Elşad Məmmədli öz feysbuk səhifəsində maraqlı bir məqama toxunub:

"Polisdə təhqiqatçı işləyən bir qohumum hesab edir ki, ailə cinayətlərinə görə yalnız kişiləri günahlandırıb, birmənalı olaraq qadınları haqlı bilmək yönündə təbliğatın aparılması və bir çoxlarının, telekanalların, mətbuatın, hüquq müdafiəçilərinin məhz bu cür təşviqatı bu tip cinayətləri daha da artırır. Bizim araşdırmalarımız zamanı üzə çıxır ki, qətllər, qanlı ailə cinayətlərinin qarşısının alınması üçün qadınları da tənqid etmək lazımdır. Birtərəfli təbliğat və yalnız kişiləri günahkar bilmək məsələyə yanlış yanaşmadır. Araşdırmaq lazımdır ki, cinayətlərin səbəbi nədir. Təbii, kişi cinayət törədib, amma bu bir faktdır ki, bu cinayətlərin baiskari azı 50 faiz qadınlardır. Bir çox qadınlar qadın azadlığı haqda təbliğatları yanlış anlayır, "sən kimsən mənə söz deyəsən, mən azad qadınam", "səninlə bərabərəm, mənə heç nə deyə bilməzsən", "mən dediyim olacaq" kimi iddialar səsləndirir və bu da sonda faciə ilə nəticələnir".

Yazar Cəlil Cavanşir də müəyyən mənada deyilənlərdə həqiqət payı olduğunu düşünür: "Hamısını deməzdim, amma doğrudan da qadınları yanlış yönləndirən hüquq müdafiəçiləri var. Hətta ailə münasibətlərində yaranan cüzi bir problemi böyüdüb, bir ailənin dağılmasına yol açanları belə var. Hansı ki, bəlkə də işin içinə qadın təşkilatları qarışmasa, ərlə arvad arasındakı münasibətlər özü-özünə düzələcəkdi. Hüquq müdafiəçiləri qadınlara doğru yol göstərmək, onlara ailə institutunun əhəmiyyətindən söz açmaq əvəzinə, onu boşanmaya sövq edirlər. Yəni qadın hüquqlarının müdafiəsi adı altında ailə münaqişələrinə rəvac vermiş olurlar". C.Cavanşirin sözlərinə görə, hüquq müdafiəçiləri ailə-məişət münaqişələrində birmənalı olaraq kişiləri günahkar elan eləmək əvəzinə, hadisəni araşdırmalı və münaqişəyə səbəb olan amilləri aşkara çıxarmalıdır: "Ən yaxşısı isə bu cür mübahisələrin elə ailə arasında həll olunmasıdır. Mənə elə gəlir ki, qadın təşkilatlarının müdaxiləsi ən sonuncu mərhələ olmalıdır. Bizim çox gözəl adət-ənənələrimiz var. Ailədə hansısa mübahisə yaranırsa, ağsaqqallardan, ağbirçəklərdən məsləhət almalıdırlar. Hər şeydən əvvəl isə insanları kitab oxumağa və maariflənməyə səsləyirəm. Təəssüflər olsun ki, qadın təşkilatlarının əksəriyyətinin işi-gücü dövlətdən və xarici təşkilatlardan qrant alıb yeməkdən ibarətdir. Yaxşı olar ki, onlar öz fəaliyyət sahələrinə aid olan işə daha həssas və məsuliyyətlə yanaşsınlar. Müəyyən yerlərində çatları olan divarı söküb- dağıtmaq asandır. Bunu hamı edə bilər. Önəmli olan həmin çatları aradan qaldırmaq və onu əvvəlkindən daha möhkəm hala gətirməkdir. Ailə-məişət münaqişələrinin aradan qaldırılmasında isə bu önəmli missiya birbaşa hüquq müdafiəçilərinin üzərinə düşür".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da ailə münasibətlərində qadınla kişinin müdafiəsi məsələsində bərabərliyə önəm verilməsinin vacib olduğunu deyib: "Amma qadınların ölümü ilə sonlanan ailə-məişət münaqişələrində kişilərə haqq qazandırmaq yolverilməzdir. Qadın təşkilatları heç bir halda ailədaxili münaqişələri və şiddəti müdafiə etmir. Biz qadın ölümlərinə son qoyulması uğrunda mübarizə aparırıq. Axı, hələ 40 günlük olmayan bir körpənin anası niyə öldürülməlidir? Çox güman ki, kişi həmin uşağın ondan olmasına şübhə ilə yanaşdığı üçün öz həyat yoldaşını öldürüb. Mövcud şərtlərdə bundan daha optimal bir ehtimal görünmür. Əgər belə deyilsə, səbəblər araşdırılmalıdır. Yox əgər cinayətə səbəb qısqanclıqdırsa, əmin olmaq üçün test etdirə bilərdi. Axı bir kişinin öz şübhələrinə əsaslanaraq gənc bir ananı döyərək öldürməsinin müdafiə olunacaq hansı yönü var?!"

Qeyd edək ki, M.Zeynalova bəzi qadınlar tərəfindən qadın azadlığının məsuliyyətsizlik və özbaşınalıq kimi qəbul edilməsinin həqiqətə uyğun olduğunu deyib: "Doğrudan da bəzən qadınlarımız gender bərabərliyini yanlış anlayır və məsuliyyət və öhdəliklərini bilmirlər. Halbuki, azadlıq heç də özbaşınalıq demək deyil. Qadın azadlığı o deməkdir ki, ailədə öz öhdəliklərini yerinə yetirir və kişi ilə bərabər hüquqa sahib olursan".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Təhlükəsizlik işçisi xanım vəkilə TƏCAVÜZ ETDİ

24 İyun 2017 14:53

Sevdadan ərinə: "Səninlər hüzur tapıram"

24 İyun 2017 14:52

Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib

24 İyun 2017 14:50

Sevda və Elnarə 10 il öncə...

24 İyun 2017 14:50

"Qarabağ" Avstriyada belə hazırlaşır - VİDEO

24 İyun 2017 14:47

Azərbaycan-Rusiya sərhədində sıxlığın aradan qaldırılmasına dair müzakirələr aparılıb

24 İyun 2017 14:47

Şəki pitisinin hazırlanma qaydası

24 İyun 2017 14:44

Miri Yusif “Eyforiya”nın ən yüksək HƏDDİNDƏ - VİDEO

24 İyun 2017 14:43

Rəqsanənin qızı gəlinlikdə - FOTO

24 İyun 2017 14:37

İsti hava can aldı

24 İyun 2017 14:36

İlk döndərilən yumşaq robot hazırlanıb

24 İyun 2017 14:35

Azərbaycan və Rusiya gömrükçüləri arasında müzakirə

24 İyun 2017 14:33

Putin kəşfiyyatdakı işindən danışdı: “Mən qeyri-leqal…”

24 İyun 2017 14:33

Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub

24 İyun 2017 14:32

Formula 2-nin Bakı qalibi: "Bu tras o qədər də təhlükəli deyil"

24 İyun 2017 14:27

"Qəbələ"də yeni müdafiəçi

24 İyun 2017 14:27

Sosial şəbəkədə YENİ TƏHLÜKƏ

24 İyun 2017 14:23

İnsanın buraxdığı qazlar haqqında 99 faiz heç kəsin bilmədiyi 12 fakt

24 İyun 2017 14:23

Formula 1: Colion Palmerin idarə etdiyi "Renault" bolidi sərbəst yürüş zamanı yanıb

24 İyun 2017 14:22

Məşhurlar bayramı harada qeyd edəcək?

24 İyun 2017 14:22

Leysana görə 100-dən çox evi su basdı - AZƏRBAYCANDA

24 İyun 2017 14:19

Terrorçu qruplaşmanın maliyyə rəhbəri öldürüldü

24 İyun 2017 14:17

Azərbaycana tütün idxalı illik 11% artıb

24 İyun 2017 14:12

Ürəyinizin sağlam olması üçün alça yeyin

24 İyun 2017 14:10

Bakı sakini qeyri-rəsmi övladını anasından alıb - FOTOLAR

24 İyun 2017 14:09

Bəşəriyyəti onlarla məhv edəcəklər: Beş dövlətin QORXUNC PLANLARI - VİDEO

24 İyun 2017 14:08

Formula 1 pilotlarının sonuncü sərbəst yürüşü başladı

24 İyun 2017 14:08

Surinam əsilli holland "Qəbələ"yə gəldi - RƏSMİ

24 İyun 2017 14:07

Xalq artistinin vəziyyəti ağırdır: "Həyatını itirə bilər"

24 İyun 2017 14:05

21 yaşlı oğlan gecə yarısı sevgilisi ilə qarajda gizlicə görüşdü və... - QANDONDURAN OLAY

24 İyun 2017 14:03

Bayram günlərində gömrükdə sıxlığın aradan qaldırılması müzakirə olunub

24 İyun 2017 14:01

TürkPA-da bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

24 İyun 2017 14:01

Avtomobil qaçıran yeniyetmələr qəzaya düşüb

24 İyun 2017 13:59

Avtobus şoferlərinə mini ətək geyinməyə icazə verildi

24 İyun 2017 13:59

ABŞ kəşfiyyatının işgəncə üsulları HAMINI ŞOKA SALDI

24 İyun 2017 13:58

Qız onunla evlənmək istəməyən sevgilisini kişilikdən məhrum etdi

24 İyun 2017 13:57

"Qəbələ" klubu hollandiyalı müdafiəçi transfer edib

24 İyun 2017 13:57

"Şaxtyor"un qapıçısı "Qarabağ"da

24 İyun 2017 13:55

Mingəçevirdə 100-dən çox yaşayış evini su basıb

24 İyun 2017 13:52

Bayram Səfərovdan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA: "Cəfəngiyyatdır"

24 İyun 2017 13:52

Pakistanda bir gündə 3 partlayış: ölənlərin sayı 70-ə çatıb

24 İyun 2017 13:50

Finlandiyalı turist: Yarışları izləmək üçün tamaşaçılar üçün rahat şərait yaradılıb

24 İyun 2017 13:50

Qızları daha cəlbedici göstərən dərin yarıqlı don dəbi - FOTOLAR

24 İyun 2017 13:48

"İnter" bu mərhələni adlayacaq gücdədi"

24 İyun 2017 13:47

Xalq artistinin oğlu

24 İyun 2017 13:47

Külli miqdarda qızılın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

24 İyun 2017 13:43

Formula 2 üzrə birinci yarışın qalibi məlum oldu

24 İyun 2017 13:43

Türkiyə şəhid verdi

24 İyun 2017 13:43

Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldılıb

24 İyun 2017 13:42

Qəzaya düşən motosiklet sürücüsü öldü

24 İyun 2017 13:39