Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Konstitusiya Məhkəməsindən "azan səsi" QƏRARI

Konstitusiya Məhkəməsindən "azan səsi" QƏRARI

Date: 13 October 2016 14:17

Türkiyə Konstitusiya Məhkəməsi evinin yaxınlığındakı məscidlərdə yüksək səslə azan verilməsindən narahat olan şəxsin şikayətinə baxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İzmirin Göztəpə rayonunda yaşayan şikayətçi evinin yaxınlığındakı məscidlərdən sübh vaxtı yüksək səslə azan verildiyi üçün yuxusunun qaçdığını, mənsub olmadığı bir dinin ibadətinə məcbur edildiyini qeyd edib.

Buna görə yerli məhkəməyə şikayət edən şəxs iddiası rədd edilincə Konstitusiya Məhkəməsinə müraciət edib.

Lakin Konstitusiya Məhkəməsi də şikayəti qəbul etməyib. Məhkəmənin qərarında əhalisinin böyük əksəriyyəti müsəlman olan Türkiyədə ibadətə çağırış vasitəsi olan azanın islamın bütün məzhəblərində qəbul edildiyi, ayrı-seçkiliyə səbəb olmadığı bildirilib.

Milli.Az


Tags:  Konstitusiya Məhkəməsindən azan səsi QƏRARI

RƏYLƏR


Top news