Brejnevi iki dəfə ölümdən xilas edən, kralın həyatını bitirən SİRLİ CANLI

Brejnevi iki dəfə ölümdən xilas edən, kralın həyatını bitirən SİRLİ CANLI
14:18 13 Oktyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Demək olar ki, əksəriyyətimiz qara pişiyin yolumuzun üstündən keçməsini çox pis əlamət sayırıq. Hətta inanmasaq belə, bu halla qarşılaşan gün başımıza gələn bütün xoşagəlməz hadisələrin hamısını məhz o pişiyə bağlayırıq. Niyə? Nə üçün qara pişiyin bizə ancaq uğursuzluq gətirəcəyini düşünürük?

Publika.az-ın "Sirli Mələk" layihəsində bu dəfə bununla bağlı maraqlı araşdırma apardıq.

Bir çoxunuz pişiklərlə bağlı əlamətlərin dünyanın heç bir canlısında olmamasından halisiniz. Əsrarəngiz canlı uzaqgörənliyi və telepatik hissləri ilə bütün dilsizlərdən fərqlənir.

Əvvəllər qara pişik Misirdə məbəd heyvanı sayılırdı. Öz rənginə görə o qaranlıqdan seçilmir, rahat ov və hərəkət edir. Ona görə də heç vaxt yeməkdən korluq çəkmir. Bunun nəticəsində orta əsrlərdə onların sayı xeyli çoxaldı. Parıltılı gözləri ilə qaranlıqda hərəkət edən heyvanların şəhərdə çoxalmasından qorxan insanlar onların pis qüvvə gətirəcəyini düşünürdülər.

Cadugərlərin qurbanı

Pişiyin qara rəngi ilə bioenergetikanın birləşməsi nəticəsində ətrafa yaydığı dalğalar insana tamam fərqli təsir göstərərək, xəstəliklərini sağalda və mənfi qüvvələrdən qoruya bilir. Cadugərlər üçün isə bu, magiyanın ən gözəl vasitəsinə çevrilmişdi. Onlar pis əməlləri üçün rituallarında qara pişikdən istifadə edirdilər. Çox zaman isə yazıq heyvan bu “əməliyyatlar” zamanı ölürdü. Orta əsrlərdə evində qara pişik saxlayan qadını cadugər hesab edərək, pişiyi ilə birlikdə odda yandırardılar. Bu canlının qırğını nəticəsində bir müddət sonra qara rəngli pişiklərin (ağ ləkəsiz) kökü tamamən kəsildi. Bununla da onların magiyada istifadəsi öz aktuallığını itirdi.

Bu günümüzə çatan inanclar da məhz qara rəngli tükə və parıltılı gözlərə sahib olan pişiklərin insanları vahiməyə salması ilə bağlıdır. Ancaq bir yanlışlıq var...

Brejnev də inanmırdı...

Bu düşüncələrin bir çoxu əsassızdır. Mistik sayılan qara pişiklərin gücünə heç kəs şübhə etmir, lakin tarixdə bu güclə bağlı tamam başqa faktlar var. Bununla bağlı ən maraqlı fakt isə Leonid Brejnevin başına gələn hadisədir.

Belə ki, 1960-cı ildə Brejnev Dalay Lama ilə görüşən zaman ona qara pişik hədiyyə edilir. Brejnevə pişiyin qeyri-adi uzaqgörənliyi və bədbəxtliyi öncədən sezmə qabiliyyətinin olduğunu söyləyirlər. O, deyilənlərə inanmasa da, Dalay Lamaya bu haqda heç nə demədən təşəkkürünü bildirir.

Həmin il Brejnev işə gedərkən pişiyin narahatlığını görüb, maşınının kortejdəki yerini dəyişir. Bir az sonra isə Brejnevin maşınının yerində olan digər avtomobil ağır qəzaya uğrayır. Nəticədə maşının içərisində olan şəxs ağır xəsarət alır.

Təsadüfdürmü?

Bir il sonra həmin hadisə təkrarlanır. Pişik yenə öz sahibini evdən buraxmaq istəmir. Brejnev bütün işlərini ləğv edib evdə qalır. Axmaqlıqdır, elə deyilmi? Amma həmin gün baş katibsiz gedən maşın yük avtomobilinə çırpılır. Və maşındakı şəxs həlak olur. Həmin ilin yazında isə pişik ölür. Bir neçə ay sonra talismanından məhrum olan sahib də vəfat edir... Siz də bunun təsadüf olduğunu düşünürsünüz, yoxsa əlamətlərə az da olsa, fikir verməyə dəyər?

I Kralın qorxduğu başına gəldi

Daha bir maraqlı hadisə ingilis kralı I Karlın başına gəlib. O, qara rəngli pişiklərə çox həssas yanaşardı və onların kralı qoruduğunu düşünürdü. Buna görə özünə xoşbəxtlik gətirən sevimli canlısının cangüdənlər tərəfindən qorunmasını tələb etmişdi. Lakin vaxt keçdi və pişik öldü.

Bu hadisədən sonra kral daha həyatında xoşbəxtlik olmayacağını düşünüb qışqırmağa başlayır. Kralın düşündüyü başına gəlir. Onu tutaraq, bir neçə ay zindanda saxlayandan sonra başını kəsirlər...

İnfarkt xəstələrinə qara pişik dərmanı...

Hələ də qara pişiyin yalnız pis qüvvə daşıdığına inanırsınız? O zaman insana olan xeyrindən bir az danışaq. Ötən əsrin 50-ci illərində məşhur olan animaterapiyada pişiklərdən istifadə olunurdu. Qara pişiklər nəinki stressi götürür, həm də ürək-damar xəstəliklərini müalicə edir. Amerikan həkimlərinin 49%-i infarkt riski olan xəstələrinə qara pişik saxlamağı məsləhət görür.

Təcrübə göstərir ki, qara pişiklər nəslinin digər nümayəndələrindən daha yaxşı xarakterə malikdir və daha xeyirxahdırlar. Evdə qara pişiyin olması çox yaxşı əlamət sayılır. Pişik sahiblərinin həyatlarına görə məsuliyyət daşıyır. Onları şərdən və xəstəlikdən qoruyur. Başqa rəng yox, məhz qara pişik mənfi enerjini daha yaxşı təmizləyir.

Yenə də sizə qara pişiyi sevdirə bilmədiksə, bir şeyə də əmin ola bilərsiniz ki, təbiətdə ümumiyyətlə, sırf qara rəngli pişik yoxdur. Ona görə gördüyünüz hər hansı qara rəngli pişiyi özünüzə təhlükə saymayın. Çünki onlarda ən azı bir dənə ağ tük olur. Bəlkə də onları biz insanlardan qoruyan əsas məqam elə budur.

İndi pişik insan üçün, yoxsa insan pişik üçün təhlükəlidir, özünüz qərar verin...

Mələk Heydərova


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/sirlimelek/172014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR