Oksana və "-40 dərəcə" Rauf evlənirlər? - FOTOlar

Oksana və "-40 dərəcə" Rauf evlənirlər? - FOTOlar
14:27 13 Oktyabr 2016
211 Şou
Ölkə mətbuatı
A- A+

Oksana və "-40 dərəcə" Rauf evlənirlər?

Aparıcı Firadan hamını şoka salan etiraf!

Oktyabrın 8-də "Oyan, Azərbaycan" verilişində Xəzər TV-nin tamaşaçılarını 40 dərəcə hərarət haqladı. Bu dəfə Rauf studiyada yalnız oxumadı, həm də aparıcı Firanın "Tapmaca" sınağından "5" aldı. Oksana Rəsulova da bu işdə ona yardım edirdi. Şux hind rəqsləri, Raufun iynəli kinayələri, "Veriliş bitən kimi onu çıxıb döyməliyəm"  sözləri, daha nələr-nələr.. Bu arada Fira Rauf və Oksanaya maraqlı təklif də etdi: "Bəlkə, evlənəsiniz?". Bizim "hind" gözəlimiz bu gözlənilməz suala: "Rauf mənim kiçik qardaşımdır, mən onun toyunu görməyi arzulayıram", - deyə cavab verdi. Fira isə hamını şoka salaraq, canlı efirdə: "Bircə evli olmasaydım, etiraf edim ki, özüm Rauf haqda düşünərdim", - dedi.
Növbəti gün də qonaq-qaralı oldu.Tamaşaçılar Murad Arif və Elza Seyidcahanla səhər sanki emosiya yağışına qərq oldular. Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərə dair verilən "düzələr" və SOS siqnalları umidvarıq ki, hədəfinə çatdı.

İzləyə bilməyənlər bu linklərə daxil ola bilərlər:

http://www.myvideo.az/?act=dvr&chan=xazer

http://www.myvideo.az/?act=dvr&chan=xazer&seekTime=2016-10-09%2008:00:00&tracker=search_tv

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Group-a aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/478990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR