Ermənistanda nazirlik ləğv olunub

Ermənistanda nazirlik ləğv olunub
14:32 13 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ermənistanda bütöv bir nazirlik ləğv edilib.
"Report" "News.am" portalına istinadən xəbər verir ki, Ermənistanın Şəhərsalma Nazirliyi Şəhərsalma üzrə Dövlət Komitəsinə çevrilib.
Bu barədə qərar hökumətin oktyabrın 13-də keçirilən iclasında qəbul edilib.
Dəyişikliklər Ermənistanın yeni baş naziri Karen Karapetyan tərəfindən hökumətdə başladılan islahatlar çərçivəsində həyata keçirilir.
Vəzifədən alınan şəhərsalma naziri Narek Sarkisyan bildirib ki, nazirliyin ləğvi ilə komitədə ştat yerlərinin sayı xeyli az olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanda-nazirlik-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR