Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İcra başçısının müavini: "Lənkəranda bəzi həyətlərə su dolub və subasmalar qeydə alınıb"

İcra başçısının müavini: "Lənkəranda bəzi həyətlərə su dolub və subasmalar qeydə alınıb"

Date: 13 October 2016 14:32

Bakı. 13 oktyabr. REPORT.AZ/ Lənkəran şəhərində intensiv yağışların yaratdığı fəsadlar aradan qaldırılır.
"Report"un Cənub bürosu xəbər verir ki, fəsadların aradan qaldırılması ilə əlaqədar aidiyyəti qurumların texnika və canlı qüvvəsi çalışır.
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini Möhübbət Babayev bildirib ki, yağıntının normadan artıq olması səbəindən şəhər ərazisindəki bir neçə küçədə həyətlərə su dolub və subasmalar qeydə alınıb:
"Yağan yağışın aylıq normanın 72 faizi həcmində olması nəticəsində Şəhərin 20 yanvar, Nizami, Üzeyir Hacıbəyov və digər küçələrindəki yağış sularının ötürüldüyü kanal və kollektorların sugötürmə qabiliyyəti məhdudlaşıb. Nəticədə şəhər ərazisindəki bir neçə küçədə həyətlərə su dolub və subasmalar qeydə alınıb. Sözügedən hal eyni zamanda Rayonun Digah, Şilavar, Girdəni və digər kəndlərində də baş verib. Hazırda texnikalar ərazilərə cəlb olunub və iş aparılır. Şiləvar kollektoruna axan kanala paralel bir kanal da qazılır. Fövqəladə rejimdə işləyirik. Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin texnikaları da Şiləvar, Girdəni, Yuxarı Nüvədi kəndləri ərazidində işləyir. Kanallar açırlaraq suyun təbii axını bərpa edilir. Bu səbəbdən də əksər ərazilərdə yığılan sular çəkilib".






Tags:  İcra başçısının müavini Lənkəranda bəzi həyətlərə su dolub subasmalar qeydə alınıb

RƏYLƏR


Top news