Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dünya çempionu titullarından imtina etdi

Dünya çempionu titullarından imtina etdi

Beşqat dünya çempionu faciəvi şəkildə ölüb (10 Mart 2017 08:52)
5 qat dünya çempionu faciəvi şəkildə öldü (10 Mart 2017 07:28)
Beşqat dünya çempionu faciəvi şəkildə öldü (10 Mart 2017 06:24)

Tarix: 13 Oktyabr 2016 14:47

Böyük Britaniyadan olan boksçu Tayson Fyuri WBO və WBA versiyaları üzrə dünya çempionluğu titulundan imtina edib. 

Milli.Az Report-a istinadən xəbər verir ki, ağır çəkidə çıxış edən idmançı bu addımını sağlamlıq məqsədilə atdığını bildirib.

Fyuri kəmərlərdən imtinasına belə izah verib: "Həmin titulları rinqdə qazanmışam və düşünürəm ki, rinqdə də təhvil verməliyəm. Ancaq indi həmin kəmərləri qoruya bilmərəm".

28 yaşlı idmançının dayısı və məşqçisi Piter Fyuri onun rinqə daha güclü formada qayıdacağını deyib: "Əminəm ki, Tayson yalnız geri dönməyəcək. O, həm də özünə məxsus olanları qaytaracaq".

Qeyd edək ki, T.Fyuri karyerası ərzində 25 döyüş keçirib və hamısında qələbə qazanıb. IBF, WBO və WBA versiyaları üzrə dünya çempionu adına sahib çıxıb.

Milli.Az


Teqlər:  Dünya çempionu titullarından imtina etdi



RƏYLƏR


Top xəbərlər