Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nadir Qafarzadə oğlunu evləndirir - fotolar

Nadir Qafarzadə oğlunu evləndirir -  fotolar

Date: 13 October 2016 14:56

Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanı evləndirməyə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Evdəkilərə salam” verilişində deyib.

O bildirib ki, Londonda təhsil alan övladı gələn il universiteti bitirir:

“Loğmanı 2017-ci ilin mayında evləndirməyi düşünürəm. Çünki mən də o yaşımda may ayında evlənmişdim. Övladlarımın evləri, gəlinlərimin isə cehizləri hazırdır. Hamısını özüm almışam”.

N.Qafarzadə həyat yoldaşı Sevinc xanımla boşanma xəbərlərinin yaranma səbəbini açıqlayıb:

“Balaca oğlum Əziz Moskvada oxuyur. Sevinc onun yanında qalır. Ona görə də belə şayiə yayıblar”.

Qeyd edək ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi verilişin sözügedən buraxılışına həftənin bazar günü saat 18:30-da “Xəzər” telekanalında baxa bilərsiniz.






Tags:  Nadir Qafarzadə oğlunu evləndirir fotolar

RƏYLƏR


Top news