Gennadi Axramoviç: “Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq”

Gennadi Axramoviç: “Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq”
15:08 13 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gələcəkdə Belarus Respublikasının regionları ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələrin qurulmasında səylərimizi əsirgəməyəcəyik. Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq".

Publika.az xəbər verir ki, bu sözləri Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvana səfəri zamanı “Şərq qapısı” qəzetinə müsahibəsində deyib. Muxtar respublikaya səfərindən məmnun qaldığını bildirən səfir Naxçıvanın bir sıra sahələr üzrə qazandığı nailiyyətlərin nümunə gücündə olduğunu xüsusi vurğulayıb, muxtar respublikanın əldə etdiyi qabaqcıl təcrübənin Belarus Respublikasında da tətbiq edilməsinin əhəmiyyətini qeyd edib.

Gennadi Axramoviç deyib:

– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Bir ildən çoxdur, Azərbaycan Respublikasında fəaliyyət göstərirəm. Belarus Respublikasının yaxın dostu olan Azərbaycanın qədim diyarına səfər etməyi çox arzulayırdım. Mən bilirəm ki, Naxçıvan Muxtar Respublikası həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim diyardır, eyni zamanda Azərbaycana çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, ziyalılar, elm xadimləri bəxş edən bölgədir. Ona görə bu unikal diyara səfər etmək mənim üçün çox xoşdur.

Naxçıvan şəhərinin küçələrindəki təmizlik və səliqə-sahman, insanların çox qonaqpərvər və gülərüz olması mənə öz doğma vətənim Belarusu xatırlatdı. Naxçıvanlılar şəhərdə tarixiliklə müasirliyin möhtəşəm kompozisiyasını yaratmaları, tarixi abidələri, milli dəyərləri ən yüksək səviyyədə qorumaları və bütün bu sahələrdə böyük uğurlar əldə etmələri ilə fəxr edə bilərlər.

Mənim muxtar respublikaya səfər proqramımın sıx olmasına baxmayaraq, bir sıra tarixi-mədəni abidələrlə də tanış oldum. Heyrətamiz idi. Naxçıvanın iqtisadi potensialı ilə tanışlığım zamanı məlumat verildi ki, insanların gərgin əməyi, məqsədyönlü fəaliyyəti və aparılan düzgün iqtisadi siyasət nəticəsində muxtar respublika özünü ərzaq məhsulları ilə tam təmin edir. Naxçıvanın bu nailiyyəti də insanı heyrətləndirir. Muxtar respublikanın əldə etdiyi bu böyük təcrübə bir sıra ölkələrə nümunə təşkil edir. Bu təcrübənin Belarusun bölgələrində də tətbiq olunması əhəmiyyət kəsb edir.

Muxtar respublikanın ali təhsil ocaqları ilə də tanış olduğunu bildirən səfir deyib ki, universitetlərdə tələbələrin hazırlıqlı kadr kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Hər şey mükəmməldir. Buna görə də yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri ilə Belarus Respublikasının ali təhsil ocaqları arasında sıx əlaqələrin qurulmasının vacib olduğunu düşünürəm.

Biz istəyirik ki, bütün sahələrdə əməkdaşlıq edək. Görüşlər zamanı Belarus Respublikasının qəhrəman Brest şəhəri ilə Naxçıvan şəhəri arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr apardıq. 2012-ci ildə Naxçıvan və Brest şəhərləri arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında saziş imzalanıb, bu iki şəhər qardaş şəhərlər elan olunub. Biz istəyirik ki, bu əməkdaşlıq yeni məcrada dinamik şəkildə inkişaf etsin. Gələcəkdə Belarus Respublikasının regionları ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələrin qurulmasında səylərimizi əsirgəməyəcəyik.

Naxçıvanın tikinti materialları istehsal edən müəssisələrində də olduq. Xüsusilə daş məhsullarının yüksək səviyyədə emal edilməsi, məhsulların çeşidliliyi və onların keyfiyyəti diqqətəlayiqdir. Qeyd edim ki, bizim bu məhsullara çox ehtiyacımız var. Çünki bu gün Belarusda tikinti işləri geniş vüsət alıb, bir sıra obyektlər inşa olunur. Biz istərdik ki, Naxçıvanın daş məhsullarından həmin obyektlərin tikintisində istifadə edək. Bir sözlə, Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq.

Biz Duzdağ Fizioterapiya Mərkəzində də olduq. Oradakı duz tuneli və duz qayalarına təəccüblə baxdıq. Burada müxtəlif ağciyər xəstəliklərinin müalicə olunduğunu öyrəndik. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası ilə Belarus Respublikası arasında səhiyyə turizmi sahəsində əlaqələrin genişləndirilməsini vacib hesab edirəm. Bu əlaqələrin çox böyük perspektivi olacağını düşünürəm.

Bizim əməkdaşlıq sahəsində başqa planlarımız da var. Lakin onların həyata keçməsi üçün bundan sonra görüşlərin davam etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələrin aparılması vacibdir. Önümüzdəki aylarda bu istiqamətdə konkret addımlar atacağıq.

Əsas odur ki, əlaqələrin inkişaf etdirilməsi məsələsində hər iki tərəf həmfikirdir. Bu mənada, mən muxtar respublikaya səfərimdən çox razıyam. Səfərim gözlədiyimdən də yaxşı nəticə verdi.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rəqqasənin seksual hərəkəti din xadiminə baha başa gəldi - VİDEO

30 Mart 2017 15:18

Avstraliya TƏHLÜKƏDƏ - "Debbi" gəlir

30 Mart 2017 15:17

Ermənilərin diri-diri yandırdığı Cəlil Xudiyev

30 Mart 2017 15:17

Bu seriallarımızı çoxları unudub

30 Mart 2017 15:15

“Dedilər, 50 min verməlisən, yoxsa azadlığı görməyəcəksən”- GENERALLARIN İŞİ

30 Mart 2017 15:14

Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti BDU-da olub

30 Mart 2017 15:13

Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır

30 Mart 2017 15:11

Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır - ARAŞDIRMA

30 Mart 2017 15:09

İsa Peyğəmbər başqa adla o ölkədə ... - İNANILMAZ İDDİA (FOTO)

30 Mart 2017 15:08

"Qızımın küçədə öpüşdüyünü görsəm..." - Şou əhlinin reaksiyası

30 Mart 2017 15:05

Rəqqasə Renka "Papito" rəqsində rəqib tanımır - FOTO

30 Mart 2017 15:05

Mingəçevir və Masallıda yanğın olub

30 Mart 2017 15:04

Bakı Polisindən ÖPÜŞ XƏBƏRDARLIĞI: Avtomobil dayananda olar

30 Mart 2017 15:03

Aktrisa sevgilisinə etiraf etdi

30 Mart 2017 14:59

Komitədən atası tərəfindən xüsusi amansızlıqla öldürülmüş uşaqla bağlı AÇIQLAMA

30 Mart 2017 14:57

Bakı polisindən öpüş xəbərdarlığı: "Avtomobil dayananda olar"

30 Mart 2017 14:57

Bu filmlər sağlamlığınız üçün CİDDİ TƏHLÜKƏDİR - FOTOLAR

30 Mart 2017 14:53

"Avtobus oturacaqları o qədər çirklidir ki, gözümü yumub otururam" - FOTO

30 Mart 2017 14:52

Keçmiş arvadını 27 dəfə bıçaqlayan şəxsə AĞIR CƏZA

30 Mart 2017 14:49

Azərbaycanlı aparıcıdan küçədə ÖPÜŞ TƏKLİFİ

30 Mart 2017 14:48

Özbaşınalığa görə cərimənin miqdarı artırılır

30 Mart 2017 14:47

Ulduz futbolçu MY-dən getdi - RƏSMİ

30 Mart 2017 14:47

Mətanət İsgəndərlinin qızı 3-cü dəfə nişanlandı

30 Mart 2017 14:44

Rusiyada dolların böhranı: 21 aylıq minimuma endi

30 Mart 2017 14:42

Kişilər, yeməyi təkbaşına yeməyin

30 Mart 2017 14:42

Tanınmış müğənni ölümündən 3 sonra basdırıldı

30 Mart 2017 14:39

Sarkisyanı kim öldürmək istəyir?

30 Mart 2017 14:38

Azərbaycandan ixraca görə rüsumun tətbiq edildiyi məhsullar artırılıb - SİYAHI

30 Mart 2017 14:37

Partiya sədri aclıq aksiyasına başlayır - TÜRKİYƏDƏ

30 Mart 2017 14:34

Daha bir Nobel mükafatçısı öldü

30 Mart 2017 14:32

İNANILMAZ! İlan modelin döşünü dişləyib öldü - FOTO

30 Mart 2017 14:32

Bakıda avtomobil yolu ÇÖKDÜ

30 Mart 2017 14:32

"Çevriliş cəhdinin təşkilatçısını Türkiyədə gizlədirlər"

30 Mart 2017 14:32

71 əsgər öldü

30 Mart 2017 14:29

Merve ana olmaq istəyir

30 Mart 2017 14:27

Tanınmış teleaparıcı Azərbaycandan getdi - FOTO

30 Mart 2017 14:23

Heydər Əliyev prospektinin bir hissəsi bağlanır

30 Mart 2017 14:23

“Maraqlıdır, Xaqani özü gənclik vaxtı öpüşübmü? - SORĞU

30 Mart 2017 14:23

Aktrisa lüt şəklini yaydı, izləyicilər yıxıb-sürüdülər: niyə bizi aldadırsan? - FOTO

30 Mart 2017 14:22

Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

30 Mart 2017 14:22

Günün matçlarını yayımlayacaq kanallar

30 Mart 2017 14:22

"Qarabağ" "Fənərbaxça"nın qapıçısına elçi düşüb

30 Mart 2017 14:19

Natavanla Sevda eyni geyimdə - FOTOLAR

30 Mart 2017 14:18

Xaricdəki azərbaycanlı məhbuslarla bağlı prosedur müəyyənləşdi - Qalan cəzalarının Vətəndə çəkmələri ilə bağlı

30 Mart 2017 14:17

​Metroda öpüşən gənclərin görüntüləri üzə çıxdı

30 Mart 2017 14:15

Volkan Dəmirəl "Qarabağ"a gəlir? - FOTO

30 Mart 2017 14:12

Mərkəzi Bank krediti DAYANDIRA BİLƏR

30 Mart 2017 14:12

Şükrü evlənir - FOTO

30 Mart 2017 14:12

Ruhani: "İran və Azərbaycan yaxın zamanlarda Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacaq"

30 Mart 2017 14:12

Öpüşün cənablar, öpüşün - FOTOLAR

30 Mart 2017 14:08