Nadir Qafarzadənin evində toy çalınacaq - FOTO

Nadir Qafarzadənin evində toy çalınacaq - FOTO
15:12 13 Oktyabr 2016
176 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanı evləndirməyə hazırlaşır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Evdəkilərə salam" verilişində deyib. 

O bildirib ki, Londonda təhsil alan övladı gələn il universiteti bitirir:

"Loğmanı 2017-ci ilin mayında evləndirməyi düşünürəm. Çünki mən də o yaşımda may ayında evlənmişdim. Övladlarımın evləri, gəlinlərimin isə cehizləri hazırdır. Hamısını özüm almışam".

N.Qafarzadə həyat yoldaşı Sevinc xanımla boşanma xəbərlərinin yaranma səbəbini açıqlayıb:

"Balaca oğlum Əziz Moskvada oxuyur. Sevinc onun yanında qalır. Ona görə də belə şayiə yayıblar".

Qeyd edək ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi verilişin sözügedən buraxılışına həftənin bazar günü saat 18:30-da "Xəzər" telekanalında baxa bilərsiniz.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR