Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nobel ədəbiyyat mükafatını roker aldı

Nobel ədəbiyyat mükafatını roker aldı

Date: 13 October 2016 15:22

Ədəbiyyat sahəsində Nobel mükafatı amerikalı müğənni, bəstəkar və yazıçı Bob Dilana verilib.

Milli.Az Nobel mükafatının rəsmi saytına istinadən bildirir ki, B.Dilan bu ödülə "Amerikanın mahnı ənənələri çərçivəsində yeni poetik izharın yaradılması"na görə layiq bilinib. Bunu İsveç Akademiyasının daimi katibi Sara Danius deyib.

Mükafatın təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda olacaq.

Nobel ədəbiyyat mükafatının məbləği 8 milyon İsveç kronu (923 min dollar) təşkil edir.

Builki Nobel ədəbiyyat mükafatı ilə bağlı bukmekerlərin favoritləri yapon yazıçı Haruki Murakami, keniyalı yazıçı Nqui Va Thionqo, norveçli dramaturq Yun Fosse, amerikalı klassik Filipp Rot, suriyalı şair Adonis və amerikalı nasir Don Delilo idilər.

75 yaşlı Bob Dilan rok musiqisinin canlı əfsanəsidir.

Onun  "Blowinin the Wind" və "The Times They Are a-Changin" təki mahnıları ABŞ-da vətəndaş hüquqları uğrunda mübarizədə himnlər kimi istifadə olunub.

Bob Dilan 9 dəfə "Grammy", "Vunderkindlər" filminin saundtreklərinə görə isə 2000-ci ildə "Oskar", 2001-ci ildə isə "Qızıl Qlobus" mükafatlarına layiq bilinib.

Milli.Az


Tags:  Nobel ədəbiyyat mükafatını roker aldı

RƏYLƏR


Top news