Siyəzəndə ağır qəza: bir ailənin üç üzvü YARALANDI

Siyəzəndə ağır qəza: bir ailənin üç üzvü YARALANDI
15:37 13 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Bakı-Quba magistralının rayon ərazisindən keçən hissəində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mamed Sultan oğlu Kazımov idarə etdiyi "Nissan-Tida" markalı, 90-SD-656 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın bir neçə dəfə çevrilərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - sürücü M.Kazımov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəvayət Salman qızı Kazımova və onun qızı Cəmilə Mamed qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR