Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şotlandiya müstəqillik haqqında referendum keçirmək planlarını elan edib

Şotlandiya müstəqillik haqqında referendum keçirmək planlarını elan edib

Stoltenberq: "Şotlandiya müstəqillik qazanarsa..." (13 Mart 2017 20:52)
Şotlandiya üçün “ikinci şans”: Birləşmiş Krallığın taleyini sikkə həll edəcək? (28 Fevral 2017 13:33)
"Everton"un sabiq futbolçusu vəfat etdi (28 Fevral 2017 11:32)

Tarix: 13 Oktyabr 2016 16:07

Bakı. 13 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından çıxana qədər Krallıqda Şotlandiyanın müstəqilliyi haqqında yeni referendum keçirilə bilər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şotlandiya Milli Partiyasının (SNP) qurultayında partiyanın lideri və Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.
"Bilirsiniz ki, Şotlandiya hökumətinə yeni referendum barədə ilkin qanun layihəsi hazırlamağı tapşırmışam. Şotlandiyanın maraqlarının müdafiəsi üçün bu məsələni Böyük Britaniya Avropa İttifaqından çıxana qədər həll etməyə çalışıram", - deyə N.Stercen çıxışında vurğulayıb.
Xanım diplomat yeni referendum haqqında qanun layihəsinin məsləhətləşmələr üçün gələn həftə nəşr olunacağını bildirib.
Qeyd edək ki, Böyük Britaniya Aİ-dən çıxış prosesinə rəsmi olaraq gələn ilin mart ayından başlayacaq və proses iki ilə yaxın davam edəcək.

Teqlər:  Şotlandiya müstəqillik haqqında referendum keçirmək planlarını elan edib



RƏYLƏR


Top xəbərlər