Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taylandın kralı vəfat etdi

Taylandın kralı vəfat etdi

Date: 13 October 2016 16:12

Taylandın kralı, 89 yaşlı Phumipon adulyadet vəfat edib.

Milli.Az Reuters-ə istinadən bildirir ki, kral ailəsinə yaxın mənbə bu barədə məlumat verib.

Son illər Tayland kralı əsasən xəstəxanada idi. Ötən həftə onun qızı, şahzadə Çulabhorn milli televiziyanın efirində atasının səhhəti barədə danışıb və xəstələrin sağalmasına yönəlmiş buddist ibadətdə iştirak edib.

Phumipon Adulyadet 1946-cı ildə taxta çıxıb. Tayland sakinləri onu mürəkkəb siyasi tarixə malik ölkənin milli vəhdət simvolu hesab edirdilər. Hakimiyyət səlahiyyətləri olmasa da, kral dəfələrlə ölkədəki ağır siyasi münaqişələrin çözülməsində iştirak edib. 1990-cı illərdə Taylandın demokratikləşdirilməsində kralın çox böyük rolu olub.

O, 2006-cı ildə baş nazir Taksin Çinavatın hökumətini devirmiş hərbi cuntanı devirmişdi. 2014-cü ilin mayında hərbi çevrilişdən soqnra kral general Prayut Çan-Oçu Milli Sülh və Asayiş Şurasının sədri təyin etmişdi.

Milli.Az


Tags:  Taylandın kralı vəfat etdi

RƏYLƏR


Top news