Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əri üçün şəxsi tank alıb döyüşə atılan və düşmənin qorxulu röyası olan CƏSUR QADIN - FOTOLAR

Əri üçün şəxsi tank alıb döyüşə atılan və düşmənin qorxulu röyası olan CƏSUR QADIN - FOTOLAR

Date: 13 October 2016 16:13

16 Avqust 1905-ci il təvəllüdlü Mariya Oktyabrskaya Sovet İttifaqı qəhrəmanı olan ilk qadın tank sürücülərindən biridir. 10 uşaqlı bir ailədə doğulan Mariya 1925-ci ildə sovet zabiti ilə evlənib. Mariyanın Almaniyadan intiqam almaq arzusu, hər şeyini satıb tank əldə etməsi zabit yoldaşının nasist ordusu tərəfindən öldürülməsindən sonra cücərməyə başlayıb.

Publika.az Mariya Oktyabrskaya haqqında yazını təqdim edir:

Tarixdə onu "bad-ass girl" kimi tanıyırlar.

Tibb bacısı Mariya ərinin intiqamını almaq üçün bütün silah növlərindən istifadəni öyrənmişdi. O, "Ordu zabiti ilə evli olmaq yalnız qürur duymağı deyil, eyni zamanda məsuliyyətli olmağı da tələb edir", - deyərək intiqama and içmişdi.

İkinci Dünya Müharibəsi şərqə doğru yayılmağa başlayanda Mariya Sibirdə Tomsk şəhərində yaşayırdı. 1941-ci ilin avqust ayında ərinin nasistlər tərəfindən Kiyev yaxınlığında öldürülməsi xəbərini gec, yəni iki il sonra alsa da, Mariya intiqam andını yerinə yetirmək üçün addımını atdı. Beləliklə o, bütün mal-mülkünü, hətta dişlərini belə sataraq tank alıb Qırmızı Orduya bağışladı. Ancaq tək şərti var idi: bağışladığı tankdan özü istifadə edəcəkdi.

Belə bir xüsusi şərti öyrənən Qırmızı Ordu səlahiyyətliləri əvvəlcə bu istək qarşısında çaşsa da, sonradan Mariyanın bağışladığı bu tankdan istifadə etməsinə icazə verdilər. Çünki bu vətəndaşların əhvalını yüksəltmək üçün yaxşı bir yol kimi görünürdü.

Beləliklə o, 38 yaşında tank istifadəsi təhsili aldı. Beş aylıq təhsilin sonunda Mariya “26-cı Tank bölüyü”ə mühəndis və sürücü olaraq göndərildi. T-34 orta boy tankına “Боевая подруга” (“Döyüşən sevgili”) adını verdi. İlk döyüşünə 21 oktyabr 1943-cü ildə Smolenskdə çıxdı.

Döyüşlərdən birində cəsarətiylə kişiləri çaşdıran Mariyanın tankı vurulur. O, bütün əmrlərə qarşı gələrək tankdan çölə çıxıb, onu təmir edərək yenidən döyüşə atılır. Bu cəsarətli hərəkətinə gör o, “çavuş” rütbəsinə yüksəlir.

Nasistlərə gecə basqınlarının təşkili Mariya üçün lori dildə desək, uşaq oyuncağı idi. 17 Noyabrda Noveon Selo yaxınlığındakı Nasist qərargahına gecə hücumu təşkil edərkən Mariyanın tankı zəncirlərindən vurulur. Lakin o, bu dəfə də tankı bərpa edərək yoluna davam edə bilir.

17 Yanvar 1944-cü il isə Mariyanın son hücumu idi. Vitebskdə nasistlərə yenə hücum edən Mariya nasistlərin sığınacaqlarını və silah-sursatlarını yox etsə də, “Döyüşən Sevgili” tankı top gülləsi ilə vurulur. Mariya yenə tankından çıxıb onu təmir etməyə başlayır. Amma bu dəfə bəxt onun üzünə gülmür, çünki düşmən onun özünü vurur və Mariya həyatını itirir.

Mariya Kiyev yaxınlığındakı hərbi xəstəxanada 2 ay komada yatır və 15 martda həyatını itirir.

Avqust ayında Mariya Sovetlər Birliyi qəhrəmanı nişanı ilə təltif edilir.

O, ölsə də qəlblərdə yaşayır. Ona görə ki, Mariya Oktyabrskaya bizə bir qadının sevdiyi adam üçün nələr edəcəyini və necə güclü duruş göstərəcəyinin gözəl bir nümunəsi olur.

Dilrubə Vaqifzadə












Tags:  Əri şəxsi tank alıb döyüşə atılan düşmənin qorxulu röyası olan CƏSUR QADIN FOTOLAR


RƏYLƏR


Top news