Suriya müharibəsi: yeni təhlükəli ssenarilər

Suriya müharibəsi: yeni təhlükəli ssenarilər
16:22 13 Oktyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-la Rusiya arasında Yaxın Şərq problemi ilə bağlı münasibətlər yeni gərginlik səviyyəsinə yüksəlməkdədir. Rəsmi Vaşinqton Hələbin bombalanması nəticəsində uşaqlar da daxil olmaqla 323 dinc sakinin həlak olmasına və iki xəstəxananın atəş altında qalmasına kəskin reaksiya verib.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, BMT-nin baş katibi də hadisəni qətliamdan da pis olay kimi qiymətləndirib. Ekspertlər bu hadisələrin bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərəni daha da qeyri-müəyyən edəcəyini proqnozlaşdırırlar. Hətta regional səviyyədə dövlətlər arasında müharibə də başlaya bilər. Suriyada savaşın güclənməsi ssenarisi reallaşarsa, qlobal geosiyasi mənzərədə hansı dəyişikliklər baş verə bilər?

Böyük güclərin Hələbdə toqquşması: dinc sakinlərin qətli

Suriyada vəziyyət yeni gərginlik səviyyəsinə yüksəlib. Orada sözün əsl mənasında genişmiqyaslı müharibə gedir. ABŞ-la Rusiya arasında atəşkəs haqqında əldə olunan razılıq artıq tam olaraq pozulub. Özü də tərəflər bir-birini aktiv surətdə ittiham etməyə başlayıblar. Vaşinqton bütün günahları Moskvanın üzərinə atır. Kreml isə bunun əksini söyləyir.

Amerika başda olmaqla Qərb dövlətlərinin Rusiyaya qarşı informasiya hücumu özünü BMT-nin son sessiyasında daha qabarıq şəkildə göstərmişdi. Burada çıxış edən ABŞ, Böyük Britaniya və Fransa rəhbərliyi Moskvanı Yaxın Şərqdə vəziyyəti qarışdırmaqda ittiham etmişdilər. Hətta siyasilər "vəhşicəsinə" kəlməsini də işlətmişdilər. Rusiya isə bütün bunları inkar edir və özü də sərt ritorika ilə cavab verir. Reallıqda dinc insanlar kütləvi şəkildə həlak olurlar.

Hələbə atılan bombalar nəticəsində bir gündə 69 uşaq həlak olub. Bütövlükdə 323 nəfər həyatını itirib. Beynəlxalq ictimaiyyət buna kəskin reaksiya verib. BMT-nin baş katibi həmin hadisə ilə bağlı deyib: "Açıq danışaq, daha dağıdıcı gücə malik olan silahlardan istifadə edənlər nə etdiklərini gözəl bilirlər. Onlar bilirlər ki, hərbi cinayət törədirlər. Qətliam təsəvvür edin. İndi baş verənlər, ondan da pisdir (bax: "Aleppo is worse than a slaughterhouse" - Ban Ki-moon / "Euronews", 28 sentyabr 2016).

Qərb hesab edir ki, bombardmanı Rusiya və Suriya hakimiyyətinə sadiq olan silahlı qüvvələr həyata keçirir. Doğrudan da, son günlər Hələbin müxaliflərin nəzarətində olan hissəsi şiddətli atəşə tutulur. Suriya müxalifətinin heç birində qırıcı təyyarələr yoxdur. Bombardman edilən qruplara isə Qərb dəstək verir. Buna görə məntiqi olaraq, Hələbin şərq hissəsini Bəşər Əsədə bağlı olan qüvvələrə və Rusiya hərbi-hava qüvvələrinə məxsus təyyarələr tərəfindən vurulması aydın olur.

Vaşinqton da proseslərin gedişinə rəsmi münasibətini bildirib. Amerika Rusiya ilə Suriya məsələsində əməkdaşlıq etmək istəmədiyini bəyan edib. Konkret olaraq amerikalılar şərt qoyublar ki, Hələbin bombalanması dayandırılsın (bax: US rejects Russia proposal for joint air strikes in Syria / "Euronews", 29 sentyabr 2016). Belə ki, Moskva Suriyada "Cəbhətül-Nusra"ya qarşı birgə hərbi əməliyyata başlamaq haqqında ABŞ-a müraciət edib. Vaşinqton isə nəinki razı olmayıb, hətta Rusiya ilə, ümumiyyətlə, bu məsələdə əlaqələri kəsə biləcəyi ilə hədələyib.

Bundan başqa, Amerikadan B.Əsədin fiziki olaraq məhv edilməsinə çağırışlar eşidilir. Rəsmi Dəməşqə qarşı bu münasibət kifayət qədər düşündürücüdür. Çünki bu o deməkdir ki, B.Əsədin taleyi ilə bağlı bir qədər əvvəl Moskva ilə olan razılaşmalar pozulur. Qərb artıq birmənalı surətdə B.Əsədin hakimiyyətdən getməsini və davranışlarına görə məhkəmə qarşısında cavab verməsini tələb edir. Bu məqam Suriya istiqamətində ümumi vəziyyəti kəskin dəyişə bilər. Ekspertlər, əslində, bu prosesin başladığını vurğulayırlar.

Belə ki, indi savaşan tərəflərə yeni silahlar verilir. B.Əsədə Rusiya və İran, müxalifətə isə Qərb dövlətləri əlavə silahlar ötürüblər (bax: Битва за Алеппо: стороны получили подкрепление / "Euronews", 9 avqust 2016). Suriya ordusuna və ona kömək edən kürd qruplarına İraqdan 2 min nəfərlik canlı qüvvə gəlib, müxaliflərə isə İdlib və Hamdan yardım göndəriblər.

Regional savaş və terrorun yayılması: iki təhlükəli ssenari

Bütün bunlar onu təsdiqləyir ki, Suriyada kifayət qədər mürəkkəb vəziyyət yaranıb və tərəflər həlledici döyüşə atılıblar. Bu mərhələdə faktiki olaraq Suriyanın və Yaxın Şərqin geosiyasi taleyi həll olunur. Əgər Hələbi B.Əsədə sadiq qüvvələr alsalar, onda müxalifətin mövqeyi çox zəifləyər və rəsmi Dəməşqlə danışıqlar mümkünsüz olar. Müxalifət Hələbi saxlaya bilsə, onda B.Əsəd rejimi üçün ciddi problemlər meydana gələcək. Əslində, indi də onun vəziyyəti yaxşı deyil, lakin Hələbi uduzsa, daha ağır olacaq.

Məsələnin geosiyasi təsiri də nəzərə alınmalıdır. Belə ki, Hələb uğrunda faktiki olaraq Qərb və Rusiya-İran cütlüyü savaşır. ABŞ başda olmaqla koalisiya qüvvələri bu şəhərin B.Əsədin nəzarətinə keçməsini istəmirlər. Türkiyə və Səudiyyə Ərəbistanı da bu cür düşünür. Həmin səbəbdən Hələbdə Qərblə Rusiya arasında gizli savaş yeni intensivlik səviyyəsinə yüksəlib. Ekspertlər bu gedişatı çox təhlükəli hesab edirlər. Çünki bir qədər sonra regional səviyyədə müharibə yarana bilər.

Onu diqqətə almaq lazımdır ki, Vaşinqtonun ritorikası son zamanlar çox sərtləşib. Rusiyanın ünvanına kəskin ittihamlar artır. Malayziya sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulduğu haqqında Hollandiya prokurorluğu informasiya yaydıqdan sonra ortalıq daha da qarışıb. Qərb dövlətləri günahkarların cəzalandırılmasını tələb edirlər. Konkret olaraq kimlərin əmr verdiyi, kimlərin onu icra etdiyi aydınlaşdırılmalı və məhkəməyə verilməlidir.

Belə çıxır ki, Qərb Rusiyanı həm Suriya, həm də Ukrayna məsələsinə görə cəzalandırmaq kursunu götürüb. Moskva isə böyük qüvvədir və öz cavabını verməyə hazırdır. Bu qarşıdurma tərəflər arasında toqquşmalara aparıb çıxara bilərmi? Ekspertlər birbaşa savaş ehtimalını elə də yüksək qiymətləndirmirlər. Lakin tərəflərin regiondakı tərəfdarları vasitəsilə vəziyyəti gərginləşdirməyə çalışacağı istisna olunmur. Bunun iki aspektdə mənfi nəticəsi ola bilər.

Birincisi, Yaxın Şərqdə məzhəb və etnik ziddiyyətlər kəskinləşər. Sirr deyil ki, böyük dövlətlər həmin regionda ya etnik mənsubluğa əsaslanan, ya da sünni-şiə ayrı-seçkiliyinə dayanan ideologiyadan istifadə edərək müəyyən qruplar formalaşdırıblar. Hazırda real döyüş aparanlar içərisində bu növ qüvvələr az deyil. Kənardan "Hizbullah"ın da Suriyada savaşması bu kontekstdə daha gərgin durum formalaşdırıb. İndi Azad Suriya Ordusu (ASO) da daxil olmaqla, B.Əsədə qarşı olan bütün hərbi qruplar "Hizbullah"ın əsas olaraq məzhəb faktoruna görə savaşdığından danışır.

İkincisi, regionun böyük dövlətləri arasında münasibətlər daha da pisləşə bilər. Çünki onlar ya Qərbi, ya da Rusiya-İran tandemini dəstəkləməlidirlər. Bu da təbii olaraq ciddi problemlər meydana çıxara bilər. O halda bütövlükdə Yaxın Şərqdə ölkələr arasında ixtilaflar kəskinləşər ki, yekunda ümumən İslam aləminə zərbə dəyər.

Yuxarıda vurğulanan məqamlarla yanaşı, Yaxın Şərq ətrafındakı regionlara terrorun və ixtilafların sıçraması istisna edilmir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib ki, Şimali Qafqazda terror qrupları fəaliyyətlərini genişləndirməyə hazırlaşırlar (bax: ФСБ рассказала об активизации террористов на Северном Кавказе... / "Riafan", 28 sentyabr 2016).

Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi də jurnalistlərin suallarına cavab verərkən vurğulayıb ki, Rusiya Suriya üzrə müqavilədən çıxsa, terrorçular "Rusiya şəhərlərinə hücum edəcəklər və Rusiya öz hərbçilərinin meyitlərini alacaq, ehtiyatlarını tükədəcək və ola bilsin ki, qırıcılarını itirəcək" (bax: Захарова ответила на предсказания Госдепа о возможных терактах в России / "Lenta.ru", 29 sentyabr 2016).

Rusiya tərəfinin də eyni hədə ilə çıxış edə biləcəyinə şübhə yoxdur. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Con Kirbinin dediklərinə verdiyi cavabda bu məqam açıq hiss edilib (bax: əvvəlki mənbəyə). Görünür, Yaxın Şərq yaxın zamanlarda münaqişələrdən nəinki xilas olmayacaq, hətta daha geniş miqyasda hərbi toqquşmalar səhnəsinə çevriləcək. Bu isə əsl müharibənin başlaması anlamına gəlir. Bəşəriyyət üçün çox təhlükəli bir vəziyyət formalaşmaqdadır.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Altı diplomat narkotikə görə işdən qovuldu

30 Mart 2017 03:04

Meksikada neft terminalında yanğın - 17 nəfər...

30 Mart 2017 02:58

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

30 Mart 2017 02:34

Gədəbəydə bıçaqlanma hadisəsi

30 Mart 2017 02:33

Möhtəşəm Adriana - FOTO

30 Mart 2017 02:32

Şəki sakini intihar edib

30 Mart 2017 02:30

Astroloji proqnoz - 30 mart

30 Mart 2017 02:18

Buenos Ayresdə Novruz bayramı qeyd olundu - FOTO

30 Mart 2017 02:08

İvanka Tramp atasının xüsusi müşaviri olacaq

30 Mart 2017 01:54

“Elektron ipoteka” sistemi “Elektron hökumət”ə qoşuldu

30 Mart 2017 01:50

Gəncə və Goranboyda yol qəzaları baş verib

30 Mart 2017 01:48

Bağdadda partlayış:

30 Mart 2017 01:36

"Balmain"dan yeni kolleksiya - FOTO

30 Mart 2017 01:32

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32

Hamilə qalmaq istəyənlər içsin - XÜSUSİ RESEPT

29 Mart 2017 23:32

"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

29 Mart 2017 23:32

Trampın reytinqi düşməyə davam edir -

29 Mart 2017 23:26

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12