Gələn il Azərbaycan ərazisindən 1,8 mln. ton tranzit yükün daşınması planlaşdırılır

Gələn il Azərbaycan ərazisindən 1,8 mln. ton tranzit yükün daşınması planlaşdırılır
16:22 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildə ölkə ərazisindən 1,7 - 1,8 mln. ton tranzit yükün daşınmasını planlaşdırır".
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Biz ölkədə keçən yükdaşımaların həcmini artırmaq niyyətindəyik. Nəticə etibarilə əmək haqqının artırılmasına çalışacağıq. Dəmir yolunun əsas işi xidmətdir. Belə ki, 2014-cü ildə dəmir yolu vasitəsilə 21 mln. 800 min ton, 2015-ci ildə 27 mln. ton, bu ilin 8 ayında isə 15,5 - 16 mln. ton tranzit yük daşınıb".
Böhranla əlaqədar yükdaşımanın həcminin azaldığını qeyd edən C.Qurbanov yükdaşımaların həcminin artırılması üçün daha əlverişli tarif siyasətinin yürüdülməli olduğunu vurğulayıb.
"2020-ci ilə qədər ölkə ərazisindən ayda 2 mln. ton yükün daşınmasına çalışacağıq. Bu da öz növbəsində əmək haqlarının artmasına kömək olacaq", - deyə C.Qurbanov bildirib.  

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/gelen-il-azerbaycan-erazisinden-1-8-mln-ton-tranzit-yukun-dasinmasi-planlasdirilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR