Ən yaxın dostu Çovdarovun ailəsindən danışdı: "Oğlu işsiz idi..."

Ən yaxın dostu Çovdarovun ailəsindən danışdı: "Oğlu işsiz idi..."
16:22 13 Oktyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Həbsdə olan MTN generalı Akif Çovdarovun ittiham olunduğu "Kürdəmir epizodu" üzrə yeni detallar məlum olub.

Milli.Az bildirir ki, qafqazinfo həmin işdə Çovdarovdan sonra əsas fiqur olan Fəttah Seyidovu araşdıraraq tapa bilib. F.Seyidov A.Çovdarovun yaratdığı və oğlu Ruslanın təsisçisi olduğu "RAF-2006" MMC-nin direktoru olub.

F.Seyidov generalla münasibətlərindən və biznes ortaqlığından danışıb: "Çovdarovla uşaqlıqdan dost olmuşuq, qonşu kənddənik. Uzun müddət Mənzil Kommunal Təsərrüfatında birinci müavin işləmişəm. Soyadıma da baxsaz, tanınmış ailədən olduğumu bilərsiz. Məni Çovdarova görə yox, Çovdarovu mənə görə tanıya bilərdilər. Mən keçmiş baş nazir Həsən Seyidovun kiçik qardaşıyam. İndi bizneslə məşğulam, baş qatıram. Bu işi də keçmiş başçı Fəxrəddin Məlikov təklif etdi, məni çağırıb dedi ki, boş dayanmısız, gəlin o torpağı götürüb işlədin. 30 il idi torpaqlar istifadə olunmurdu.

Sözügedən şirkətdə Akif Çovdarovun heç bir rolu olmayıb, sadəcə şirkət qurulanda oğlu Ruslan həmtəsisçi olub. MMC-nin demək olar ki, 90 faizi mənim olub. Akif Çovdarov bir az köməklik edib. Biz onunla yaxın dost olmuşuq, aramızda pay söhbəti olmayıb. Şirkətdə heç kimin payı olmayıb. Mən 100 min kredit götürüb bu işi qurmuşdum. Çovdarov tutulandan sonra da ailəsi mənə etibarnamə verdi, dedilər əziyyəti sən çəkmisən, sənə qalsın. 2006-cı ildən bəri gəlirdən Akif müəllimə 1 manat da verilməyib. Çovdarovun, guya, o pula ehtiyacı var idi? Heç bir dəfə də soruşmayıb ki, nə iş görürsüz? Hərdən mən kömək lazım olanda ona demişm ki, Akif müəllim, filan yerə denən mənə texnika versinlər. O da deyib, köməklik ediblər. Başqa heç bir rolu olmayıb. 2006-cı ildə şirkət yarananda oğlu Ruslan işləmədiyi üçün Akif müəllim dedi onun da adını yazın, başını qatsın. Sonra da Milli Məclisdə işə düzəldi, orada işləyən gəlib Kürdəmirdə balıqçılıqla məşğul olası deyildi ki. Ruslan cəmi 1 dəfə dostları ilə istirahətə gəlib. Balıq tutub, bişirib, yeyib gediblər".

F.Seyidov rayondakı "Xatirə" yeməkxanasının sahibi Şehman İmanovun qanunsuz hərəkət etdiyini deyib:

"Oranın, sadəcə, adı yeməkxanadır, 1992-ci ildən rəsmi olaraq bağlanıb. Şehmangil qeyri-rəsmi olaraq işlədiblər, indi də uçuq vəziyyətdədi. Bunlar Çovdarovun həbsindən istifadə edib yalandan şikayət ediblər ki, bizi işləməyə qoymadılar filan. Bu təsərrüfatdır, orada 2 min meyvə ağacı var. "Setka"dan balaca bir darvaza qoyduq ki, mal-heyvan keçməsin. Onların uçuq yeməkxanasına görə öz ərazimizi açıq qoymalıydıq ki, mal-heyvan girib ağacları yesin? Sadəcə, bəhanə edirlər, o da uzun çəkməz, hər şey həll olunacaq. 2006-cı ildə torpaq bizə icarəyə verildi, 2008-ci ildə torpağın üstündəki tikilini qanunsuz olaraq satıblar. Mən də Şirvan İqtisad Məhkəməsində bununla bağlı iddia qaldırmışam. Mən sakit dayandıqca, bunların ayaqları yer alır".

Çovdarovun biznes ortağı deyib ki, bir dəfə generalı həmin balıqçılıq təsərrüfatında qonaq edib:

"Çovdarov torpaqların kəndlilərdən alınan zaman heç kimə hədə-qorxu gəlməyib. O, ilk dəfə 2010-cu ilin yayında bir dəfə Mollakəndə gəldi, 1 saat oturub çay içdi, oradan da İsmayıllıya getdi. Çovdarov burada heç kimə hədə-qorxu gəlməyib, əksinə yaxşılıq edib. Hökumət o yeməkxananı Şehmangilə 2 min manata satmışdı. Mən onlara 10 min manat təklif edirdim. Çovdarov 2010-cu ildə ora gələndə bu məsələni bildi. Həmin vaxt Şehman yeməkxanada aşpaz işləyirdi. Çovdarov Şehmana dedi ki, "10 min də mən əlavə verirəm, sat, söküb aparsınlar, onsuz da uçub-dağılır". İki min manatlıq köhnə binaya 20 min manat təklif etmək hədə-qorxu sayılır? Hədə-qorxu gəlmək istəsəydik, əllərindən alardıq. Onlara bir söz deyən olmadı".

F.Seyidov iki il əvvəl oğlunun balıqçılıq təsərrüfatını satışa qoyduğunu, amma satılmadığını deyib.

Fəttah Seyidov Akif Çovdarovla birgə qurduqları biznesin imkanlarını da açıqlayıb: "70 hektarlıq ərazinin 50 hektarında balıq yetişdirmək üçün 16 göl var, 15 hektarını isə əkin sahəsi və dambalar tutur. Əkin sahəsində 200-dən çox dekarativ, 500-dən çox meyvə ağacları var. Bundan əlavə 5 hektarda yonca sahəsi var. 50 hektarlıq göllərdə il ərzində 100 000 ədəd muxtəlif balıq sortları yetişdirmək mümkündür. Sahədə transformator və nasoslar quraşdırılıb. Sahənin 4 yerində işçilər üçün yaşayış evləri, yeməkxana, yem və material ambarları, satış üçün 5 hovuz tikilib, Təsarrüfatın balansında Mitsubishi-Pikap avtomobili və Ford mikroavtobusu, göllərdə istifadə etmək üçün 2 ədəd motorlu qayıq və 5 ədəd taxta qayıq var".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiya daha miqyaslı sanksiyalar astanasındadır

26 İyul 2017 04:39

Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib

26 İyul 2017 04:37

Okean sahilində ev - FOTO

26 İyul 2017 04:32

Bakıda qadını maşın vurdu - Sürücü qaçmaq istədi....

26 İyul 2017 04:18

Timati bu sevgilisindən də ayrıldı?

26 İyul 2017 04:09

Yaşlı qadının gözlərindən 27 linza çıxarıldı

26 İyul 2017 03:49

Viza rejiminin ləğvi üçün Ankaraya 5 ŞƏRT

26 İyul 2017 03:43

KİV: İŞİD lideri sağdır və Suriyanın Deyr-əz-Zor əyalətində gizlənir

26 İyul 2017 03:42

Qazaxda AĞIR QƏZA - Ölən və yaralananlar var

26 İyul 2017 03:38

Memar mənzili çox fərqlidir - FOTO

26 İyul 2017 03:32

Çempionlar Liqası, III təsnifat mərhələsi - BÜTÜN NƏTİCƏLƏR

26 İyul 2017 03:28

Qətər səfiri ölkəni boykot edən ərəb dövlətləri ilə müharibəni istisna etməyib

26 İyul 2017 03:27

Astroloji proqnoz - 26 iyul

26 İyul 2017 03:18

Avropa Komissiyası: Ankara 5 şərti icra etməlidir

26 İyul 2017 03:09

Qəbiristanlıqda rəqs edən qadınları bələdiyyə işdən qovdu - VİDEO

26 İyul 2017 03:03

Çiçək açan krossovkalar - FOTO

26 İyul 2017 02:32

"Opel” və VAZ toqquşdu: 1 ölü, 2 yaralı

26 İyul 2017 02:24

Hamiləlik dövründə cinsi əlaqə

26 İyul 2017 02:10

Frandsada vağzalda 150-dən çox mühacir tutuldu

26 İyul 2017 02:09

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 01:37

ŞƏMKİRDƏ DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

26 İyul 2017 01:34

Şəhər mərkəzində orta əsr qülləsi - FOTO

26 İyul 2017 01:32

Bakıda 6 otaqlı evdə yanğın

26 İyul 2017 01:26

Bakıda qadın evində tanışı tərəfindən bıçaqlanıb

26 İyul 2017 01:17

Çavuşoğlu: ““Amnesty"-nin Türkiyə üzrə rəhbəri FETÖ üzvüdür”

26 İyul 2017 01:14

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

26 İyul 2017 01:03

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

26 İyul 2017 01:02

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32