Yollardakı səs-küy xəstəliklərə səbəb olur

Yollardakı səs-küy xəstəliklərə səbəb olur
16:22 13 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

​Dildəki ağ yaraların səbəbi nələrdir? (06 Mart 2017 15:44)

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin yaratdığı səs-küy normadan artıq olduğundan insan sağlamlığına mənfi təsir göstərir. 

Milli.Az report-a istinadən bildirir ki, AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsi Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda (M-1) nəqliyyat vasitələrinin yaratdığı səs-küyün intensivliyi, onun insan sağlamlığına təsiri üzərində apardığı ikillik araşdırmasının yekununda belə qənatə gəlib.

İnstitutun Ekocoğrafiya şöbəsinin müdiri, layihənin rəhbəri, dosent Ənvər Əliyev report-a bildirib ki, sözügedən magistralda avtomobillərin yaratdığı səs-küy normadan artıqdır və ətrafda yaşayan, işləyən insanların sağlamlığına mənfi təsir göstərir: "Belə ki, həmin magistraldan 1 saat ərzində keçən minik avtomobillərinin 10 metr məsafədə yaratdığı səs-küyün miqdarı 56,366 desibel olub. Yoldan 50 m uzaqlaşdıqda isə bu rəqəm 2,3 dəfə azalır, 100 metrlik məsafədə isə müşahidə edilmir".

Onun sözlərinə görə, səs təzyiqinin səviyyəsi 30-35 desibel həddində olduqda insan üçün adidir, onda heç bir narahatlıq törətmir: "Bu rəqəm 85-90 desibel olduqda yüksək tezlikli səsləri eşitmə həssaslığı azalır, hətta eşitmə tamamilə itir. Tibbi baxımdan insan üçün dözüm həddi 80 desibeldir, 150 desibel həddində səs isə ona ölümcül təsir edir. Yol verilən hədd gündüz 50, axşam 40 desibeldir. Uzun illər hesab olunurdu ki, səs-küy yalnız eşitmə orqanlarına təsir edir. Ona görə də çox illər səsin insana təsiri eşitmə orqanları nöqteyi-nəzərindən öyrənilirdi. Halbuki səs-küy çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq yaradan, diqqət və yaddaşın zəifləməsi, normal istirahət və gücü bərpa etməyə mane olan səbəblərdəndir. Səs-küyün insan orqanizminə zərərli təsirləri ilə bağlı araşdırmalarda bəzi tədqiqatçıların gəldikləri nəticələrə görə "səs-küy çirklənməsi" insan ömrünü orta hesabla 10-12 il azalda bilir. Yüksək tezlikli səs-küy isə yuxusuzluğa, nevroza, ateroskleroza səbəb olur. Bu, xüsusilə zehni əməklə məşğul olanlara daha təsirli olur".

Şöbə müdiri deyib ki, magistraldan keçən avtonəqliyyat vasitələrinin ümumi miqdarı burada hər il təxminən 10%-ə qədər artır: "Yaxın gələcəkdə Azərbaycan ərazisindən keçəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərini nəzərə alsaq, onda buradan keçəcək avtomobillərin sayının ilbəil xeyli dərəcədə artacağını da nəzərə almaq lazımdır. Magistral boyu tədqiq olunan ərazilərdə əhalinin sağlamlığına təsir göstərən "səs-küy çirklənməsi"nin əsas mənbəyi yük avtomobilləri sayıla bilər. Bu mənbə əmək qabiliyyətli əhalinin və uşaqların evdən kənar olan vaxtlarında sağlamlıqlarına mənfi təsir edən bir amil kimi nəzərə alınmalıdır. Magistraldan keçən nəqliyyatın yüksək səviyyədə səsinin təsiri nəticəsində müxtəlif yaş dövrlərinə insan sağlamlığına təsiri də müxtəlifdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qənaətinə görə, səs təsirinə reaksiya insanın yaşı, cinsi və sağlamlığından da asılıdır. Səs-küyün uşaqlarda, ahıl yaşlılarda və qadınlarda, xüsusilə hamilə qadınlarda özünəməxsus təsirləri var. Hətta ana bətnində olan körpələr belə səsin zərərli təsirindən mühafizə oluna bilmirlər. Statistik məlumata əsasən, magistral boyu məşkunlaşan əhalinin 22,4 faizi 14 yaşına çatmamış uşaqlardır. Bu mühit ciddi fəsadlara səbəb olduğundan onları belə hallardan qorumaq vacibdir. Magistral boyu yaşayış məntəqələrində də əhalinin təxminən yarıdan çoxunu qadınlar təşkil edir. Əsasən əmək qabiliyyətli olan bu qadınların isə təminən 35%-ə qədəri pertil qadınlardır. İlin isti dövründə təsərrüfatda çalışan bu qadınlar günün çox hissəsini açıq havada keçir. Bu dövr həm də nəqliyyatın daha intensiv, başqa sözlə, səs-küyün daha çox olduğu bir dövrdir. Bu səbəbdən də gələcək körpələrin sağlamlığı əvvəldən artıq sual altına düşür".

Ə.Əliyev vurğulayıb ki, Azərbaycanda da bu faktor insan sağlamlığına təhlükəli sayılan bir ekoloji problem kimi qəbul edilərək qarşısının alınması üçün bu istiqamətdə bir sıra tədbirlər görülür: "Bu tədbirlərdən ən mühümü Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" fərmanıdır".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 07:57

Masallıda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb

29 İyun 2017 07:52

Galaxy Note 8-in qiyməti məlum oldu

29 İyun 2017 07:52

MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayiş olunmasına MÜNASİBƏT

29 İyun 2017 07:50

Klublarımız Avropa Liqasında mübarizəyə başlayır

29 İyun 2017 07:44

Asphalt Street Storm Racing təqdim olundu - VİDEO

29 İyun 2017 07:42

Varşava - Berlin qatarında bomba təhlükəsi

29 İyun 2017 07:33

Bəzəklər bəzən yeməli olur - FOTO

29 İyun 2017 07:32

Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb

29 İyun 2017 07:32

Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir

29 İyun 2017 07:32

Mara Baqdasaryan yenə dəmir barmaqlıqlar arxasına göndərildi

29 İyun 2017 07:29

İmişlidə 3 otaqlı ev yanıb

29 İyun 2017 07:29

Galaxy S8-i isti yağın içində qızartdılar - VİDEO

29 İyun 2017 07:27

Günəş sistemində daha iki planet var

29 İyun 2017 07:12

2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu ABŞ-ın paytaxtında tədbirlər təşkil edib (FOTO)

29 İyun 2017 06:55

Avtobusun vurduğu piyada ayağa qalxıb pivə içməyə getdi - HADİSƏ ANI

29 İyun 2017 06:54

Bakıda "London taksisi" qəza törədib

29 İyun 2017 06:52

22 yaşlı gənc 70 yaşlı kişinin gözlərini oydu - DƏHŞƏT

29 İyun 2017 06:33

Avstriyanın ecazkar memarlığı - FOTO

29 İyun 2017 06:32

Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib

29 İyun 2017 06:07

İmişlidə 3 otaqlı ev yandı

29 İyun 2017 05:59

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 05:52

ABŞ-da təyyarə qəzasında 2 nəfər həlak olub

29 İyun 2017 05:43

Mərakeşdə etirazlar zamanı 80 polis yaralandı

29 İyun 2017 05:38

Evdəki mavi və boz - FOTO

29 İyun 2017 05:32

Azərbaycanın turizm şirkətləri Bolqarıstanda keçiriləcək beynəlxalq sammitdə iştirak edəcəklər

29 İyun 2017 05:07

Bakıda iki avtomobil toqquşdu

29 İyun 2017 04:43

Parlaq, gözlənilməz mənzərələr - FOTO

29 İyun 2017 04:32

Brüsseldə NATO-un müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək

29 İyun 2017 04:29

Venesuelanın baş prokurorunun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib

29 İyun 2017 04:07

Millimiz Avropa çempionatında ikinci oldu

29 İyun 2017 03:53

ABŞ-da universitetdə partlayış olub

29 İyun 2017 03:42

Astroloji proqnoz -

29 İyun 2017 03:42

Venesuelada Ali məhkəmə və DİN-ə hücum edən helikopter tapılıb

29 İyun 2017 03:36

Mətbəx əlüzyuyanları - FOTO

29 İyun 2017 03:32

İtaliya miqrantlara qapılarını bağlayır

29 İyun 2017 03:24

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 03:07

Yayda uşaqları nədən və necə qorumalı?

29 İyun 2017 02:58

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

29 İyun 2017 02:52

ABŞ-da təyyarə qəzası:ölənlər var

29 İyun 2017 02:44

"Milan" daha bir futbolçu ilə anlaşdı

29 İyun 2017 02:37

Aktrisa jurnalı bəzədi - FOTO

29 İyun 2017 02:32

Varşava - Berlin qatarı bomba təhlükəsindən dayandırılıb

29 İyun 2017 02:01

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

29 İyun 2017 01:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

29 İyun 2017 01:52

İsrail əsgərləri fələstinli gənci öldürüblər

29 İyun 2017 01:52

“Hyundai”la “Gelandewagen” toqquşdu - Bakıda

29 İyun 2017 01:49

Təl-Əvivdə zərif villa - FOTO

29 İyun 2017 01:37

Satışda təhlükəli qarpızlar var -

29 İyun 2017 01:34

Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

29 İyun 2017 01:18