Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məhkəmə prokurorun apellyasiya prostestini təmin edib, təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

Məhkəmə prokurorun apellyasiya prostestini təmin edib, təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

Date: 13 October 2016 16:27

Bakı. 13 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Elvin Abdullayevin barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya prostesti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun apellyasiya prostesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Belə ki, məhkəmə E.Abdullayevin Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinməsi və onun 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar çıxarıb. E.Abdullayev məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ittiham aktına əsasən, E.Abdullayev Siyəzən şəhəri Babək küçəsi ilə gedərkən Qəzənfər Musayevin əvvəllər yaxın münasibətdə olduğu həyat yoldaşına qarşı təhqiramiz sözlər deyib və nahaq onunla ailə qurmasını irad tutub. Hər iki şəxs arsında mübahisə düşüb. Daha sonra E.Abdullayev Q.Musayevə əsəbləşərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən dırnaq tutan aləti ilə onun sağ budun aşağı hissəsinə zərbə endirib. Polis əməkdaşları tərəfindən saxlanılan E.Abdullayev CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunub.
Siyəzən Rayon Məhkəməsinin hökmü ilə E.Abdullayevin qazancından 20% pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib, iş üzrə icraat zamanı E.Abdullayevin həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş islah işləri cəzasının 6 gününə hesablanmaqla onun üzərində qazancından 20% pul tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzası saxlanılıb. Daha sonra prokuror kassasiya protesti verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş yeni apellyasiya baxışına təyin olunub.

Tags:  Məhkəmə prokurorun apellyasiya prostestini təmin edib təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

RƏYLƏR


Top news