Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın gözü bu edamda - VİDEO

Dünyanın gözü bu edamda - VİDEO

Date: 13 October 2016 16:28

Dünyanın gözü bu gün İrandadır.

Publika.az xarici mediya istinadən xəbər verir ki, İranda zorakılığa məruz qaldığı üçün 2012-ci ilin fevral ayında ərini öldürdüyü üçün edama məhkum edilən 22 yaşlı Zeynep Sekaanvand bu gün asılmaqla edam ediləcək.

Sekaanvand cinayətdə təqsirləndirilərkən hələ 17 yaşı var idi. Bu səbəbdən beynəlxalq hüquq qanunlarına görə, yetkinlik yaşında onun cəzası icra edilə bilməzdi.

Beynəlxalq Əfv Təşkilatı (“Amnesty International”) İrandan 22 yaşlı qadına verilən edam cəzasının ləğv edilməsini istəyib.

“Bu hadisə ekstremal narahatlıq yaradır. Onun sözlərinə görə, həbsdən sonra kişi polislər bədənin bütün hissələrini döyərək ona işgəncə verirdilər”, - təşkilatın Yaxın Şərq və Şimali Afrikada bölməsinin direktoru, hüquq müdafiəçisi Filip Lyuter bildirib.

Qadının sözlərinə görə, əri onu aylarla fiziki və şifahi təhqirlərə məruz qoyub. Zeynəb bildirib ki, əri onun boşanma haqqında xahişlərini dəfələrlə rədd edib.

Məhkəmə prosesi isə kobud pozuntularla keçib. O, ilkin istintaq dövründə vəkillə təmin edilməyib. Qadın ilk dəfə 2014-cü il oktyabr 18-nə təyin edilmiş son məhkəmə iclasında vəkillə görüşüb.

Ömər Dağlı


Tags:  Dünyanın gözü bu edamda VİDEO

RƏYLƏR


Top news