Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xorultusuna ayıldı: dodaqlarını görəndə qorxdu

Xorultusuna ayıldı: dodaqlarını görəndə qorxdu

Date: 13 October 2016 16:32

Amerikada baş verən bir hadisə ilk tibbi yardımın əhəmiyyətini bir daha gündəmə gətirib.

Milli.Az milliyet-ə istinadən bildirir ki, Kris Jesmer adlı şəxs, bir gün gecə həyat yoldaşının möhkəm xorultusuna ayılıb.

Həyat yoldaşı Ceanineni oyandırmaq istəyən ər arvadının heç bir reaksiya vermədiyini görüb.

Həyat yoldaşının dodaqlarının göm-göy olduğunu görən Kris dərhal "911"-ə zəng vuraraq tibbi yardım briqadası çağırıb. 

Gecikən təcili tibbi yardım briqadası üzvləri yoldaykən Krisə nə etmək lazım olduğunu telefonla izah ediblər. Kris həkimlərin hər dediyini tətbiq etməklə ölməkdə olan həyat yoldaşını xilas edə bilib. 

Təhməz Təkin
Milli.Az


Tags:  Xorultusuna ayıldı dodaqlarını görəndə qorxdu

RƏYLƏR


Top news