Trampın təcavüz etirafı 27 milyon qadını dilə gətirdi

Trampın təcavüz etirafı 27 milyon qadını dilə gətirdi
16:33 13 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadalı yazar, ssenarist, blogger Kelli Oksfordun Tvitter sosial şəbəkəsində başlatdığı kampaniya bütün dünya qadınlarını ayağa qaldırıb.

39 yaşlı Oksford oktyabr ayının 8-də rəsmi Tvitter hesabından dünya qadınlarına səslənərək bu sözləri yazıb:

“Xanımlar, mənə ilk tacizlərinizdən danışın. Onlar yalnız statistika deyil. İlk mən başlayıram: 12 yaşım olanda yaşlı kişi mənim məhrəm yerimə toxunaraq, heç nə olmamış kimi üzümə gülümsədi”.

Bu tvitdən cəmi bir dəqiqə sonra “Nyu York Tayms” bestsellerinin səsinə 50 qadın haray verdi. Hər kəs uşaq ikən başına gələn zorakılıq hadisəsini öz Tvitter hesabında yazaraq Kelli Oksforda dəstəyini nümayiş etdirib.

“#notokay.” haştağı ilə paylaşılan tvitlərə nəinki Kellinin yaşadığı Los Anceles və ABŞ ərazisinin qadınları, dünyanın müxtəlif ölkələrindən olan milyonlarla qadın qoşulub.

“NBC Nyus”a danışan Oksford bu qədər böyük dəstək görəcəyini gözləmədiyini açıqlayıb:

“Bu, hər kəsin başına gəlib. Elə bir qadın yoxdur ki, tacizə məruz qalmasın. Amma bu məsələnin çox şəxsi və həssas olduğunu nəzərə alaraq, çox az adamın etiraf yazacağını gözləyirdim”.

Qeyd edək ki, Kelli Oksford və digər qadınlar bu kampaniyaya Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın 2005-ci ildə qeydə alınan səs yazısı və videosunun ortaya çıxmasından sonra başlayıb.

Tramp sözügedən hadisəsinin 10 il öncə baş verdiyini və indi tam başqa adam olduğunu deyərək hər kəsdən üzr istəyib. (axar)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR