Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sarkisyan yenə Putinə yalvaracaq

Sarkisyan yenə Putinə yalvaracaq

Date: 13 October 2016 16:42

Rusiya prezidenti Vladimir Putin sabah Ermənistana rəsmi səfərə yollanacaq. Onun qısa səfəri MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçiriləcək toplantısına qatılmaqdır.

Milli.Az "Hrapark"a istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan isə bu səfərdən maksimum dərəcədə faydalanmaq niyyətindədir. Sarkisyanın əsas məqsədi Rusiyanın "Qazprom" şirkətinin Ermənistana satdığı təbii qazın qiymətinin aşağı salınmasına nail olmaqdır.

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini iyul ayında aşağı salmışdı: həmin ucuzlaşmadan sonra Ermənistanda əhaliyə satılan təbii qazın hər 1000 kubmetrinin qiyməti 156 dramdan 146 drama düşmüşdü.

Bununla bağlı olaraq "Qazprom"un idarə heyətinin sədri Aleksey Millerin də yaxın vaxtlarda Ermənistana səfəri gözlənilir. Miller Sarkisyanla "qaz qiymətləri problemi"ni müzakirə edəcək.

"Haykakan Jamanak" Rusiya prezidentinin Ermənistana gözlənilən səfəri ilə bağlı yazıb: "Deyəsən, Sarkisyan yenə Putinə yalvaracaq".

Milli.Az


Tags:  Sarkisyan yenə Putinə yalvaracaq

RƏYLƏR


Top news